Page 309 - "Yolüstü söhbət"
P. 309
az perronda gəzişdi. Vağzal binasının yanı meyvə
bağıydı. Qaranlıqda mürgüləyən ağacların bircə meyvələri
oyaqdı – uzaqdan adamı çağırırdılar. Amma çəpər aşılası
deyildi. Hiss elədi ki, möhkəmcə susayıb. Ətrafı gəzib su
tapmadı. Bircə kran vardı, o da gəlmirdi. Əlini dəstəkdən
çəkəndə duruxdu. Elə bil bu kranı görmüşdü. Lap
toxunmuşdu da. Onda da su gəlmirdi. Nə vaxt görmüşdü
belə? Fikirləşə-fikirləşə gedib gözləmə otağında oturdu.
Üzbəüz qoca bir kişi çənəsini çəliyinə söykəyib yatırdı.
Gözünü kişiyə dikdi ki, oyansa, soruşsun hardan su tapmaq
olar. O qədər bir nöqtəyə baxdı, az qalmışdı özü də yatsın.
Yuxusunu dağıtmaq üçün yenə durub gəzişdi. Ancaq çox
şükür, Düzyurda getmədi. Düz iş gördü. İşin-gücün bu
vaxtı neynir gedib. Gərək səbəb ola. Səbəb olmayanda
adama şübhəylə baxırlar, sorğu-suala tuturlar. Heç bir
sözünə də inanmırlar. Hə, sorğu-sualdan canını yaxşı
qurtardı. Sevinməyə dəyər. Dünən sevinmişdi ki, Düzyurda
gedir, indi də getmədiyinə görə sevinir. Nə dəxli, nəyə
sevinir, əsas odur ki, sevinir. Getsə, hələ gərək mütləq
Əzizlə də görüşəydi. Bu da bir işdi, lap işdən də betərdi.
Xudahafizləşib ayrılandaca sevinirdi, elə bil borcunu verirdi:
yəni bax, mən dostluğumuzu davam elətdirirəm, səni
yaddan çıxartmıram, gələn təki birinci səni axtarıram. Di
gəl, görüşənə kimi onunku ona dəyirdi. Necə getsin,
uşaqların əlinə nə alsın, bəlkə heç almasın, nə haqda
danışsın. Qorxurdu, birdən nə iləsə Əzizin xətrinə dəyər.
Bu da mümkündü. Axı bir yerdə böyüdükləri vaxtdan illər
keçmişdi, özləri də dəyişmişdilər, qayğıları da başqa idi, o
qədər də gec-gec görüşürdülər ki, aralarındakı münasibəti
elə hər dəfə təzədən başlamaq olardı, çünki bir vaxt necə

309
   304   305   306   307   308   309   310   311   312   313   314