Page 313 - "Yolüstü söhbət"
P. 313
aqlayıb büzüşdü. Özündən iyrənirdi, elə bil çirkaba
batmışdı. Çimçəşə-çimçəşə ayağa durdu, bədəninə baxa
bilmirdi, ayağını yerə basanda dizinin ağrısından ufuldadı.
Ağrı dözülməzdi. Gözünün qabağına gəldi ki, ayağını
dizdən kəsirlər, sonra dizdən yuxarı göyərir, irinləyir, yenə
kəsirlər... Ondan pis qoxu gələcək, o qoxu hamını yanından
qaçıracaq, səsinə heç kim hay verməyəcək... Titrəyə-titrəyə
təzədən oturdu. Hər şeyi, bütün olub-keçəni unuda bilsəydi,
nə yaxşı olardı. Ancaq çətin unuda. Bir dəfə ağ kağıza göz
çəkmişdi, tək bir göz. Sonra ha istədi ora baxmasın –
mümkün olmadı. Hara baxırdısa, yenə qayıdıb gözdə
dayanırdı. Canını qurtarmaq üçün götürüb karandaşla
qaraladı. Yenə narahatçılıqdan qurtara bilmədi, bilirdi ki,
o ləkənin altındakı gözdü, özü də ona baxır. Axır kağızı
cırıq-cırıq eləyib atdı. Yaddaşısa ölüncə gəzdirməlisən.
Uşaq olmaq yaxşıdı. Bircə uşaq xoşbəxtdi, çünki uşağın
keçmişi yoxdu. Ona görə hamı uşaqlığını xoş bir hisslə
yada salır. Ona görə. Görən, saldırdığı uşaq bacısının
yadındadımı? O, telefonda Əzizlə danışanda bacısı birdən-
birə doluxsunmuşdu. Əzizin adını eşidib doluxsunmuşdu.
Üz-gözü bircə an işıqlanmışdı, dodaqları əsmişdi. Unamışdı
ki, bacısı Mahmudu xatırlayıb. Çünki Mahmudgilin evi
Əzizin qonşuluğunda idi. Çünki bir vaxt bacısı da həmin
evdə qalırdı. Bir vaxt bacısı da Əzizin qonşusuydu və bir
vaxt bacısına elə gəlirmiş ki, ömrü boyu orda yaşayacaq,
Mahmudla yasayacaq. Ola bilsin, bacısı üçün orda yaxşı
keçirmiş. Yəqin hamının həyatında elə xoşbəxt anlar, günlər
var ki, sonra adamı rahat yaşamağa qoymur.

Evdəkiləri gözünün qabağına gətirməyə çalışdı, nədən-
sə onları deyib-gülən təsəvvür eləyə bilmədi. Bir də, axı
niyə güləsiydilər?! Gülmək üçün heç nə yoxdu. Doğrudan
yoxdu. Ancaq bu, onu narahat eləməyib, heç bu haqda

313
   308   309   310   311   312   313   314   315   316   317   318