Page 305 - "Yolüstü söhbət"
P. 305
layacaq. Ancaq anası hər şeyin həddini yaxşı bilir. Bilir
nə vaxt, necə gülümsəmək lazımdır. Atası isə uşaq kimi
başını itirmişdi, elə hey gülümsəyirdi yeznənin üzünə, boş
bir şeyə qəhqəhə çəkib gülürdü. Qızının əridi, neyləsin,
nədənsə xoşu gəlməsə, bu dəfə də gedib qızı döyər ki, bəs
dədən üzümə yaxşı baxmadı. Çətini bir dəfə döyənə qədərdi,
sonra döyən də öyrəşir, döyülən də. Əvvəl o istəmirdi
məclisə qarışsın: özləri necə qarşılayıblarsa, zəhmət çəkib
elə də yola salsınlar. Amma atası aman vermədi, tez-tez
Gülzarı yollayırdı dalınca: ay qız, gör Mədət harda qaldı?
Bir belə yatmaqmı olar?! Bacısı da gəlib həmin sözləri
çatdırırdı ona. Guya atasının necə hayladığı evdə eşidilmirdi.
Bir dəfə dedi, yuyunum, bu saat; bir dəfə dedi, üzümü
qırxım, bu saat. Sonra gördü, xeyri yoxdu, əl çəkməyəcəklər,
bacısı da bəzənib-düzənib ərinin gəlişi münasibətilə, birdən
inciyər ki, qardaşım ərimi saymadı, gedib görüşmədi; inci-
di-incidi, nə olsun döyülüb-söyülüb, “it günü görüb”,
”bezmişəm daha, qayıtmayacağam, ay qardaş, qayıtma-
yacağam”, yenə əridi, uşaqlarının atasıdı. Hələ gör nə
sevincək olub ki, bəzənib də, üz-gözünə sığal verib, donunu
dəyişib. Amma bəzəndiyinə görə utanırdı, söz deyəndə,
başını qaldırmırdı, elə bil günah iş tutmuşdu. Di gəl,
bəzənib-düzənməklə bu utancaqlığı heç uyuşmurdu. Lap
ürəyini bulandırırdı onun, üzünə baxa bilmirdi. İstəyirdi
tezcə çıxıb getsin, rədd olsun, gözünə görünməsin. Sonrasa
yazığı gəldi – xudahafizləşib gedəndə. İllər, deyəsən,
bacısına ağlamağıca öyrətmişdi: onu qucaqlayıb ağlamsındı,
dillənə də bilmir. Nəsə demək istəyir, ancaq dili söz tutmur,
ya da deməyə ürək eləmir. Onda özünə də yazığı gəldi –
güczüzlüyünə görə, əlindən bir iş gəlmədiyinə görə. Gücü
ona çatdı ki, anasının yanına qaçıb bir tərəfə çəkdi: “Bəlkə

305
   300   301   302   303   304   305   306   307   308   309   310