Page 300 - "Yolüstü söhbət"
P. 300
lar”. Bu, anasının payınadı, çünki evləri bitişik
olduğundan, gəlib-getdiyi yer də bircə onlardı. ”Qələt
eləyib sənin yanında ev tikdirmişəm, onça elə başıma daş
düşüb, nə qədər canımın yağını yedirdirəm, yenə pis
mənəm ki, mən”. Bunu anası deyir, özü də ürəkdən deyir.
Yəqin uzaqda yaşadığından onun çox söz-söhbətdən xəbəri
yoxdu. Hərdən ancaq onun beş-on günlük qonaq olduğuna
da baxmırlar, onun yanında da atışırlar. Nənəsinin gözü
nurdan düşəndən bu dava-dalaş lap artıb. Anası hirslənir
ki, “Camaatı bizə niyə güldürürsən? Hamı dədəmizi söyür,
deyirlər, tək qoyublar damın altında. Köç da, insafın olsun,
ya bizə köç, ya oğlungilə, axı nə tapıbsan o xarabada”. Belə
vaxtlar nənəsi də borclu qalmır: ”Neyləmisiz axı?” –
“Neyləmişik?! Evini yuyuram, təmizləyirəm, yeməyini
gəlib yeyirsən, paltarını ütüləyirəm, tikirəm... daha
neyləyim?” – “Bax elə başıma qaxdığına görə haqq eləyib
söyürlər. Paltarımı yuyur. Heç yuma!” – “Başına qaxmıram
e, yandığımnan deyirəm. Bəs oğlun neynir? Canına and
içirsən, ”oğlum, oğlum” deyirsən. O neynir? Ayda-ildə bir
kərə kefini gəlib soruşa, ya soruşmaya. O boyda pulu var,
sənə nə verib, nə alıb? On manat verir?!” – “Yüz manat
verir, belə get kefinə bax. Pulnan ölçürlər...” – “Qədrimi
bilmədin, nə mənim, nə yeznənin, sənə oğuldan artıq olub”.
– “Qədir ağacı əkəcəm sizə”. Beləcə atışırlar. Nənəsi oğlunun
tərəfini vermir. Gücü heç yana çatmayanda ağlayıb gedir,
həmin gün çörək yeməyə də gəlmir. Bir dəfə o da dilini
saxlamayıb, niyə köçmədiyini soruşdu, ya oğlungilə köç,
ya bizə, dedi, canın rahat olar, çayını, suyunusa verərlər.
Demə, rahatlıq nənəsi üçün başqa şeymiş. Dedi, hamınız
eyni sözün quyruğundan tutubsunuz. Niyə köçüm, niyə
özgəsinin sözünü götürüm?! Qoca adamam, öz evimdi,

300
   295   296   297   298   299   300   301   302   303   304   305