Page 295 - "Yolüstü söhbət"
P. 295
ısı üçün ər evində xoş keçmədiyi kimi, öz evlərində də
xoş keçməyəcəyinə inanırdı.Yəqin bacısı da bunu başa
düşürdü – elə gələn təki narahatçılıq olmuşdu, “ev məsələsi”
ortaya çıxmışdı. Sonra da iş böyüyüb o yerə gəlmişdi ki,
anası öz dopdoğmaca qardaşını məhkəməyə vermək istəyirdi.
Ancaq təqsir elə anasının özündəydi. Gərək dayısı iki il
qabaq gəlib, bağın başından yer istəyəndə, heç beş yüz
manata uyub, yer verməyəydi. Dayısı demişdi, oğlu üçün
iş otağı tikəcək: beş-altı il qalar, sonra ev də sizin, yer də.
Di gəl, iş elə gətirdi ki, dayısı oğlu həmin bu balaca,
ikiotaqlı evdə bircə gün də otura bilmədi. Çünki ev tikilib
qurtarhaqurtarda dayısı oğlunun arvadı, başqa yerdə
məşuqə saxladığı üçün ərini məhkəməyə verdi. Məhkəmədən
də tələb elədi ki, ərinin iki evi var, birini versinlər ona. İş
belə dolaşanda, dayısı gəlib anasına tapşırmışdı ki,
məhkəmədən, soruşan olsa, deyin, ev bizimdi. Bunun üçün
də nə sənəd lazımdı düzəldiblər, hər şey qayda-qanunla
yönünə salınıb. İş bağlanana qədər də ər-arvad təzədən
barışmışdılar. İntəhası, dayısı oğlu söz-söhbətdən
qorxduğunamı görə, yoxsa nədənsə, daha evə yaxın
durmamışdı. “Mən də gördüm bacın küsüb gəlib, daha
qayıtmayacaq, dedim, boş evdi, gedib oturar. Elə bunu
dediyimi gördüm, gecəynən o kaftar bibini də, gəlinini də
gətirib saldı evə. Görür evdə əlli-ayaqlı kişi yox, elə bilir
gücüm çatmayacaq çıxarmağa. Anası ölmüşdü, indi mən
məhkəməynən çıxarım, o da baxsın”. Demə, anası səs-küy
salanda, dayısı verdiyi beş yüz manatı, bir də daşın, ağacın
pulunu istəyib ki, qaytar – çıxım. Arvadı bu, lap yandırmışdı.
Görürsən, deyirdi, dayını, pulnan ağız yummaq istəyir.
Neynək, hamı dövlətli olmaz ki. Yoxumdu, olsa da heç
vermərəm. Gətirib köçünü salmayaydı, adam təki danışaydı,

295
   290   291   292   293   294   295   296   297   298   299   300