Page 294 - "Yolüstü söhbət"
P. 294
əydi, nə cavab verəcəyini bilmirdi. Ancaq yaxşı ki, on-
lardan gileylənmədi – gileyi öz həyatından, qoşulub qaçdığı
altı-yeddi ildə ər evində gördüyündən, eşitdiyindən oldu.
Bacısının danışdığı onun üçün təzə deyildi, gözlənilməz
də deyildi. Həm ona görə ki, bacısını gəlib ata evində
görmüşdü, bu gəlişin necə gəliş olduğunu da bilirdi: hər
şey yanında iki uşaq evə qayıtmaqla qurtarmışdısa, demək,
bacısı xoş gündən qaçıb gəlməmişdi. Həm də xəbəri olmasa
da, lap əvvəllər belə inanırdı ki, ər evində bacısı üçün pis
keçir, pis keçməlidi. Çünki inana bilmirdi ki, adam ömrünün
yarısını yaşadığı yerdən, dostlarından, əzizlərindən birdəfəlik
üzülüşüb gedə, hər şeyi sıfırdan başlaya və qazandığı ona
öz keçmişini ağrısız-əzabsız, tamam-kamal unutdura. Ancaq
bacısından eşitdikləri onun üçün gözlənilməz olmasa da,
durduğu yerdəcə gözləri doldu. Özünə də təəccüblü gəldi
ki, bacısının dediyi sözlər, elə bil çoxdan eşitdiyi, hamının
ömründən, bəxtindən gileylənəndə dediyi dadsız-tamsız
sözlər onu kövrəldib. Kövrəldiyini gizlətməyə çalışdıqca
dili-dodağı lap əsirdi, qəhər boğazını tuturdu. Di gəl, bu
hiss, bacısından ötrü belə kövrəlməyi onu sevindirdi də.
Sevindi ki, qarşısında duran bu adam ona yad deyildi,
həmin adamın danışdıqları hətta onu ağlada da bilər. Nə
qədər istəsə də təsəlli versin, nəsə bir xoş söz desin –
bacarmadı. Onsuz da anası tapşırmışdı, içinə-piçinə yetib
yarasını təzələməsin. Bir də ki, ürək-dirək verməyin yersiz
olduğunu yaxşı başa düşürdü. Əgər əlindən bir iş gəlmirsə,
qabağındakına köməyin dəyməyəcəksə, boş yerə danışmağın
nə mənası. Adam dediyi sözlə o saat öz gücsüzlüyünü də
duyur. Həm də ki bacısı gəlmişdisə, pis gündən qurtarıb
gəlmişdisə, buna ancaq sevinmək lazımdır. İntəhası, nə
gəldiyinə sevinə bilmişdi, nə də qayıdıb getdiyinə. Çünki

294
   289   290   291   292   293   294   295   296   297   298   299