Page 296 - "Yolüstü söhbət"
P. 296
n də insafla iş tutaydım. İndi pul əvəzinə dirsəyimi
görər. Hökumət ölməyib ha, sənədlərin hamısını saxlamışam.
Hələ özünə pis olacaq, qoy bir qurdalasınlar: altında maşını,
ikimərtəbəli evi, hər kənddə bir arvad saxlayır, özü də
zərgər. Deməzlərmi, a bala, qudurubsan? Deyərlər, deyərlər,
burnundan tökərlər... Anasının hirsi-sikkəsi ona çatmırdı.
Çünki anasını haqlı saymırdı. Ancaq fikirləşdiyini anasına
deməyin xeyri yoxdu. Arada özü pis olacaqdı. Onsuz da
məhkəmədən, milisdən danışanda onun qanı qaraldığını
sezdi. Sən nahaq gəlirdin, dedi, gərək Süleyman gələydi,
sənnən iş bacaran olmaz. Demə, anası elə bilirmiş ki, o,
Bakıdan məxsusi durub bu iş üçün gəlib. Bundan ötrü iki
gün qabaq Süleymana zəng də vurubmuş. “Mən arvad
xeylağıyam, bir söz deyəndə, birini deyəmmirəm, başımı
aldadıb yola salarlar. Belə işdə kişi yaxşıdı, dədəndə də,
görürsən, o hal yoxdu məhkəmə qapısı döyə”. Guya onda
vardı. Ora qaç, bura qaç, qapıları yağır elə, yüz sifət gör,
yüz söz eşit, özü də bilmirsən kim haqlıdı, kim haqsız.
Onun qanı qaraldığını sezəndə anası elə bil birdəncə
köməksizləşdi, qocaldı. Başladı dünyadan, həyatından,
insanların vəfasızlığından gileylənməyə. Dayılar görmüşük,
dedi, gəlib-gedəndə bacısı uşağının cibinə pul qoyar, qonaq
çağırar, bizimkiləri ancaq Allah qarğayıb, hamısı öz altına
çəkir, daha demir, quru yerdə qalan var. İndi budu bax, bir
balaca daxmanın üstündə olan xətri-hörməti də, qohumluğu
da vurdu yerə... Qəribə idi ki, anasının danışdığı ilə sir-
sifətinin ifadəsində uyarlıq yoxdu. Danışığından deyərdin,
bu saat ağlayacaq, di gəl, sir-sifətinə baxanda görürdün
çox sakitdi, elə bil adicə söhbət eləyir. Daha anası öyrəşib
yəqin dünyanın işlərinə. Hər şeyin ötəri, keçəri olduğuna
inanıb, ona görə danışdığını hiss eləmir, ürəyinə salmır.

296
   291   292   293   294   295   296   297   298   299   300   301