Page 299 - "Yolüstü söhbət"
P. 299
belə əlçatmaz adam onunla yoldaşlıq eləyər, ya kefi
istəyəndə qapılarını açar. Sonra da bu inamını təbii sanıb:
deməli, doğrudan da, belə böyük şəxsiyyət onlara
gəlməməliymiş, bunu soyuqluğa yozmaq lazım deyil.
Gülməlidi. Hələ dayıoğlunu yaxşı adam da bilir. Bəlkə də
yaxşı adamdı, di gəl, o, dayıoğlunu bir dəfə ona restoranda
qonaqlıq verdiyi üçün yaxşı adam bilir. Anası məhkəmədən
danışanda, çoxu elə buna görə kefi pozulmuşdu: axı belə
yaxşı adamı niyə tutdursun?! Ancaq heç bu qonaqlıq da
olmayacaqdı, özü gedib restorana çıxmasaydı. Sinif yoldaşı
ilə nəsə almağa girmişdi. Görüb əl çəkmədi. Onlar üçün
ayrıca süfrə açdırdı, yemək-içmək gətizdirdi. Özü cavan
kişilərlə oturmuşdu, hərdən ona baxıb gülümsəyirdi. Yəni
bilirəm, kefin yaxşıdı, mənim kimi oğlan qonaqlıq verəndə
pis ola bilməz! Onun da sevindiyindən ağzı qulağının
dibinə getmişdi. Bəs nə, ona qonaqlıq verirdilər, özü də
şəhərin sayılan oğlanı. Qoy sinif yoldaşı da heç çəkinməsin.
Əşi, dayısı oğludu da, qıraq adam deyil ha. Borcudu, eləyir.
Adi işdi... Gəl, indi belə dayıoğlu haqqında pis fikrə düş.
Nəsə, yaxşılığı da, pisliyi də qalsın özünə. Şükür, yenə
məhkəməlik olmadı. Məhkəməlik olsaydı, onların
hamısından çox nənəsini ağrıdacaqdı. Yazıq arvad, bilmirdi
kimdən kömək istəsin, kimə ağız açsın, necə eləsin ki, bu
dava-şava kəsilsin. Qızıqarışıq hamıdan əlini üzdüyündən,
durub ondan nəsə umurdu. ”A bala, deyirdi, bir anana
ağıl versən. Adam da öz qardaşı oğlunu tutdurarmı,
qardaşının evinə vay salarmı?!” Çoxdandı gözü görmür
deyən, lap səbirsiz olub. Hər sözdən darılır, inciyir, bəzən
səbəbsiz yerə də inciyir. Ürək-dirək verəndə də, deyir ki,
kimdi məni sayan, adam yerinə qoyan, hamını boğaza
yığmışam, ”ay canı sağ olmuş, əlacları olsa, üzümə də bax-

299
   294   295   296   297   298   299   300   301   302   303   304