Page 301 - "Yolüstü söhbət"
P. 301
əyəndə uzanıram, istəyəndə dururam, ürəyim istəyir bir
yumurta qaynadıram, şirin çay içirəm. Köçsəm, gərək hər
şeydən ötrü ağız açam. Oğul da özü üçündü, qız da. Bir də
gördün bezdilər, burunnadılar. İndi oturuşumu, duruşumu
söz eləyirlər, onda lap bəzəyərlər. Yaxşısı budu, öz evimdə
oturum. Belə hörmətli olaram... Bəlkə də düz deyir – belə
yaxşıdı. Ancaq daha sözü çevirib təsəlli vermədi, nahaq bu
cür düşündüyünü demədi. Çünki şikayətlənmək arvadın
özünü də bezdirib. Ona görə bəzən qəfilcə sözü dəyişir.
Danışır, danışır, birdən: ”Eh, a bala, söhbətdi da eləyirəm”,
– deyib gülümsəyir. Əvvəl-əvvəl nənəsinin söhbəti bu cür
qəfilcə dəyişməsi, dediklərini bir kəlməylə pərdələməsi
ona toxunurdu. Demək, nənəsi dərdini-sərini ona deməyin
mənasız olduğunu başa düşür. Belə olmağına beləydi –
demək, mənasızdı, di gəl, o istəyirdi nənəsi onu saysın,
onunla tay-tuş kimi danışsın. Bunun üçün o da başlayırdı
öz həyatından şikayətlənməyə. Qoy nənəsi bilsin ki, o,
uşaq deyil, o, hər şeyi başa düşür. Həm də bilsin ki, onun
da öz çəkiləsi dərdləri var. Bir də, axı özgə dərdi adama
həmişə öz dərdini unutdurur. ”Elə bilirsən hamı kefdədi,
bircə sən yox?!” – deyib köks ötürdü. Kor adamla danışanda
gərək çalışasan qabağındakı bilə sevinirsən, ya kədərlənirsən.
Çünki nə üzünün ifadəsini görür, nə baxışını. O, dərdli-
dərdli mızıldayanda, arvad, bekaraca da olsa, dirçəlirdi.
”Axmaq-axmaq danışma, deyirdi, sənə nə olub, heç
evlənməyibsən də. Çatarsan mənim yaşıma, onda danışar-
san“. Bir dəfə dedi ki, “ay nənə, bax, sənin oğlun-qızın var.
Gör nə qədər, şükür Allaha, ömür sürübsən, hələ nəvə-
nəticə, hamısının da yaxşı dolanacağı. Bəs mən neyləmişəm
ki, nə görmüşəm ki, sevinəm?!” Bu, söz oyunu idi. Nə
qədər yaxşı yaşamış olsan belə, qocalıq heç kimi

301
   296   297   298   299   300   301   302   303   304   305   306