Page 304 - "Yolüstü söhbət"
P. 304
leymanın da uşaqlarını görmədi. Deyəsən, lap böyüyünü
görmüşdü. Lap böyüyünü lap balaca vaxtında. Tutunu da
görməyəcək. Bilməyəcək necə qızdı. Uşaqları olsa, onları
da görməyəcək. Bilməyəcək kimə oxşayır. “Anana demə
ha, mənə pul verdiyini”. Gərək işini əvvəlcədən möhkəm
tuta, çalışa qocalığında da özünü dolandıra, daha oğul-
uşaq əlinə baxmaya. Yoxsa gəl bir manatdan , iki manatdan
ötrü kiməsə ağız aç, səbəbini də de ki, bu bir manat sənə
nə üçün lazımdır. Əməlli səbəb tapmasan – batdın. Ancaq
“ev məsələsi” yaman düzəldi. Nənəsi demiş, ”biarbırçılıqdan
qurtardılar”. Sağ olsun yeznəni, vaxtında özünü yetirdi.
Bir səhər durdular ki, kəsdirib qapını. Gəlib külfətini
aparsın. Adam var hara getsə, elə bil öz evindədi: “əyləş”
deməmiş əyləşər, yüz ilin tanışı kimi danışar, gülər, zarafat
eləyər, acdısa, özü çay-çörək istəyər. Xoşbəxt adamlardı.
Yəqin, bacısı zorla tapıb beləsini. Beləsi tökülməyib ha
küçəyə?! Tapan təki də sevincək olub, ətəyini dəstələyib
düşüb arxasına. Görən, saldırdığı uşağı bacısı heç
xatırlayırmı? Nə yaxşı ki, qapını yeznənin üzünə o açmayıb.
Biləndə ki, filankəsdi – nə deyəcəkdi? “Xoş gəlibsən”
deyəcəkdi? Doğrudan, o, uşaqdı bilmir ki, bacısını yola
verməyib, iki uşaqla evdən qaçıranda, sonra da dalınca
aparmağa gələndə necə qarşılamaq lazımdı: üzünə gülmək
lazımdı, yoxsa qapıdan qaytarmaq? Bilmir, bilmir, başına
gəlməyib. Onda da yuxudan durdu ki, yeznəni qarşılayıblar
da, əziz-xələf qonaq kimi başda oturdublar da. Evdə
hamının çiçəyi çirtlamışdı, elə bil çoxdan gözlədikləri
tərəfdən axır ki elçi gəlmişdi. Tezcə anasına da telefonla
xəbər verdilər: durma qaç, gözümüzün işığı təşrif buyurub.
Anası da iş-gücünü atıb o saat özünü yetirdi. Qapıdan elə
yelli girmişdi, deyərdin, bu saat keçib həyətdə yeznəni qu-

304
   299   300   301   302   303   304   305   306   307   308   309