Page 287 - "Yolüstü söhbət"
P. 287
ırdı, orta otaq həm yemək otağı idi, həm də onların
yataq otağı. Mətbəxin böyründəki otaq o birilərindən
xırdadı, qışda o birilərindən də isti olur. Çünki qaz peçi
burda yanır. Ona görə qışı qardaş-bacı bu otaqdan
çıxmazdılar. Soyuqlar düşdümü, yan otaq həm də hamamı
əvəz eləyirdi, anaları nə zülmlə çimdirirdi onları, Allah
bilir. Heç hansının çimməkdən xoşu gəlməzdi: otağı nə
qədər qızdırırsan qızdır – xeyri yoxdu, bədənlərinə su
dəydimi, tir-tir əsirdilər, tez qurtarmaq üçün analarını
tələsdirirdilər, yalvarırdılar, arada sabunlu-sabunlu vannadan
çıxıb sobanın lap böyrünə qaçırdılar, döyüldükləri də çox
zaman elə çimməyin üstündə olurdu. O vaxtdan çox keçib,
amma hələ də “çimmək” sözünə rahatca qulaq asa bilmir.
Di gəl ata-anası indi də orda çimir. Heç çəkinmirlər də ki,
qəfil gələn olsa, həyətdən onları görər. Qabaqlar bunun
qorxusundan alt gözlərə mavi rəng çəkmişdilər. İndi
rənglənmiş yerlərdən əsər-əlamət qalmayıb: şüşələr cızıq-
cızıq olub, rəng qopub tökülüb. Ona görə otaq da indi elə
bil çılpaqlaşıb, bir az da genişlənib.

O düşündü ki, doğrudan da, yaddaş yaxşı şeydi. Yaxşıdı
ki, qaz peçinin yerində haçanşa odun sobası olduğunu
xatırlaya bilir. Odun xırxılamağı xoşladığı da yadındadı.
Bu adi şeyləri xatırlamağın nəyə görə belə xoş olduğunusa
bilmir. Bilmək də istəmir. Əvvəllər söhbət düşəndə o da
kimlərəsə öz uşaqlığından danışardı. Həmin adi şeylərdən
ki, onun üçün xoşdu. Sonra başa düşdü ki, odun xırxılamağa
həvəsləndiyi, qışda başına papaq qoymadığı, çimməkdən
zəhləsi getdiyi heç kim üçün maraqlı deyil. Həm də hiss
eləyirdi ki, danışdığı şeylərin başqalarına maraqsız olduğunu
anlayanda həmin şeylər öz gözündən də düşür, dilinə
gətirdiklərini unudur, nələrəsə qayıtmaq, nələrisə xatırlamaq

287
   282   283   284   285   286   287   288   289   290   291   292