Page 282 - "Yolüstü söhbət"
P. 282
uğunu bilmək üçün bir dəfə üzünə baxmaq bəs eləyər...”
Kişi danışa-danışa kövrəlmişdi. Növbəti dayanacağa

çatanda əlini onun dizinə vurub gülümsədi: “Belə-belə
işlər”. Sonra durub qapını açmağa getdi.

Danışmağa bir sözü olmadığından, kişi qayıdana qədər
tezcə yerinə uzanıb özünü yuxuluğa vurdu. Fikrini bir
yerə cəmləşdirə bilmirdi. Çalışıb kişinin ilk dəfə gözünə
necə göründüyünü yadına salmaq istəyirdi. Necə görünsə
də, adamlar göründüyü kimi deyillər. Özü də göründüyü
kimi deyil. Başqaları da bunu başa düşmür. Ona görə də
adamı alçaldırlar, xətrinə dəyirlər. Onu da alçaldırlar, o da
kimisə alçaltmaq istəyir. Çünki heç kim bir-birinə inanmır,
inanıb üzündən pərdəni atmaq istəmir, gülünc olacağından
qorxur. Kişi də bəlkə birinci və axırıncı dəfə görüşdüklərini
bilməsəydi, ona – tanımadığı adama öz dərd-sərini
danışmazdı. O da kişini onda özünə bu qədər yaxın, bu
qədər doğma hiss eləməzdi.

Qatara minəndən ilk dəfə evdəkiləri düzəməlli yadına
saldı, gözünün qabağına gətirdi. Səkkiz saatdan sonra evdə
olacaq. Bu qəfil gəlişinə yəqin mat qalacaqlar, sevinəcəklər;
necə ki, bir vaxt Süleymanın gəlişinə sevinərdilər. Ancaq
Süleymanın gəlişini əvvəlcədən biləndə də sevinərdilər. Bu
sevinc hamının idi, onu hamısı gözləyirdi. Süleyman
gözlərindən uzağa gedən ilk uşaqdı, hələ onda evdəkilər
ayrılığa öyrəşməmişdilər. Bir ürəkləri elə onun yanında
qalmışdı. Hər gün evdə Süleymanın söhbəti gedirdi, and
içəndə Süleymanın canına and içirdilər. O zaman evdə
telefon yox idi, ürəkləri istəyəndə xəbər tuta bilmirdilər.
Ona görə də tez-tez məktublaşırdılar. Məktubları anası
yazırdı – hamının iştirakı ilə, lap axırdasa hərənin dilindən
özü bir söz quraşdırırdı: kimi salam söyləyirdi, kimi nəsə

282
   277   278   279   280   281   282   283   284   285   286   287