Page 286 - "Yolüstü söhbət"
P. 286
aldığını, ölümün addım-addım yaxınlaşdığını hiss
eləmir. Hiss eləyəndə artıq gec olur və yəqin ki, bu vaxt
həmin adam öz həyatına, üstündə əsdiyi bəzi şeylərə,
gündəlik qayğılarına başqa cür baxır, nələrsə ona həmin
an gülünc gəlir. Ancaq insanın da xoşbəxtliyi ondadı ki,
özünü aldada bilir, gördüyünü görməzliyə vura bilir, hiss
elədiklərinin arxasına düşüb getmir. Ata-anasının da başı
hələ ki, bu oyunlara, bu qayğılara qarışıb. Elədiklərini
eləyiblər; ev tikiblər, düzüb-bəzəyiblər, vacib olan şeylərdən
alıblar. Bununla qayğılar qurtarmayıb, o, özünü biləndən
anası tədbirlər tökür: evi yaxşıca təmir elətdirmək lazımdı,
artırmanı uzadıb, genişləndirib aynabənd düzəltdirəcəkdi,
qaz pilətəsini də ora çıxartdıracaqdı. Sonra bir əsas iş də
dururdu – hamam tikdirmək, mətbəxi hamam eləyib, evin
qapısını başqa yerdən açdırmaq. Yəqin anasını dilləndirsə,
yenə bu qayğılardan danışacaq, çox-çox əvvəl dedikərini
təkrarlayacaq. Amma hər şey olduğu kimi qalır, bir az
daha köhnəliblər, bir az daha uçub tökülüblər, ömürsə
hiss olunmadan keçib-gedir. Axır vaxtlar atası hərdən
qəsdlənir, evi satıb köçsün Bakıya. Hələ ki, Rəhimə görə
dözür, fikirləşir, bəlkə o, qayıdıb gəldi. Rəhim ancaq çətin
qayıda. Qayıtmasa, görən, atası, doğurdanmı, evi satar?..
İndi onsuz da evi yoxdu, onda heç olmayacaq. Demək,
əlvida, Düzyurd. Hara gedəsən, nəyə gedəsən? Gedib
doğulduğun, böyüdüyün evdə kimlərinsə yaşadığını
görməkdənsə, heç getməmək yaxşıdı. Yadına düşəndə
ancaq xatırlamağa gücü çatacaq. Yenə şükür, yaddaş deyilən
şey var. İstəyəndə gözünün qabağına gətirə biləcək. Sonralar,
bir az kənar gözlə baxanda başa düşmüşdü ki, evləri hamısı
üçün bir elə də gen-bol deyilmiş. Vur-tut iki otaqdı, mətbəxin
yanındakını da saysan – üç. Lap dib otaqda ata-anası

286
   281   282   283   284   285   286   287   288   289   290   291