Page 278 - "Yolüstü söhbət"
P. 278
tür-qoy eləsin. Qarşı tərəfdəki yaşıl binaya “DƏMİRYOLU
KASSASI” yazılmış lövhə vurulmuşdu. Yolu keçib binaya
girdi. Xırda gözlükdən sarışın bir qız, saqqız çeynəyə-
çeynəyə ona baxırdı.

– Bu gün üçün Düzyurda bilet var?
Qız ağzını açmağa da ərindi, gülümsəyib başını yırğaladı.
Qəsdəndi ki, qızdan nə üçün gülümsədiyini soruşsun.
Ancaq soruşmadı. Özü də gülümsədi. Düzyurda getmək
fikri, qəfilcə ağlına gələn bu fikir kefini açmışdı. Elə bil
düşdüyü yerdən əlləşib-vuruşub çıxmağa bir yol tapmadığı
vaxt qəfilcə üzünə qapı açılmışdı. Həm də yolun ağına
düşən kimi məlum olmuşdu ki, bu yolla yüz dəfə gedib
gəlib, o yolun başında kimlərin durduğunu da yaxşı bilir.
Qəribə idi ki, bayaq hara getmək istədiyini düşünəndə
həmin adamları xatırlamamışdı. Yox, xatırlamışdı. Dünən
gecə şəkli vurmağa yer tapmayanda xatırlamışdı. Hələ
ondan da qabaq xatırlamışdı ki, şəkli götürüb baxmışdı.
Bütün bunları şüursuz eləmişdi, elədiyinin, nə istədiyinin
fərqinə varmamışdı. Demək, elə onda rayona getməyi qət
eləyibmiş ki, indi gedib-getməməyi düşünüb daşınmadı
da, indi heç nə də onu bu fikrindən daşındırammaz.
Hara gedəcəyini bildiyindən daha ürəyi rahatdı. Dizinin
ağrısı, toxmaq kimi başının üstündə dayanmış günəş,
qatarın vaxtına qalmış altı-yeddi saatı bu dözülməz istidə
necə və harda keçirəcəyi daha onun eyninə gəlmirdi.
Gəzdiyi, gördüyü yerdən çox, indi ona gedəcəyi yer yaxındı.
Qatarın tərpənməyinə çox qalsa da, evə qayıtmadı.
Günorta çörəyini də yeməkxanada yedi. Sonra bir az şəhəri
gəzdi, dükanlara dəyib, əliboş getməmək üçün atasına
müştük, anasına iki dənə xına aldı.
Qatarın vaxtına qalmış bu altı-yeddi saatda o, bir şeyə
də inandı ki, qarşındakının sənə qarşı necə olmağı adamın

278
   273   274   275   276   277   278   279   280   281   282   283