Page 276 - "Yolüstü söhbət"
P. 276
şaqca gülümsədi. Onun sözünü deyənə qədər çıxardığı
oyunlara və hal-hazırdakı qurama təbəssümünə, saxta
qüruruna, özünü dartmağına gülümsədi. Fikirləşəndə ki,
qarşısındakı adamın gözünə bu saat çox gülünc görünür –
qızardı. Amma dilinin ucundakı sözləri qaytara bilmədi.
Çünki qaytarmağın heç bir mənası yoxdu, sözlər deyilmişkən
vardı. “Deyirdim, bəlkə direktora tapşıraydınız?!” Bunu
deyənə qədər o dünyaya gedib gəldi. Nəsə içində sındı,
son həddə qədər dartınmağa davam gətirməyib sındı. O
saat da özünü çox yazıq hiss elədi. Dili-dodağı əsdi, gözləri
torlandı. Fağır-fağır gülümsədi, döyükdü, elə bil gizlənməyə
yer axtarırdı. Ən pisi o idi ki, Tutu böyründəydi, gözlərini
sifətindən çəkmirdi. “Yamanca işə saldın məni, qaqaş, ya-
manca işə saldın. Onun direktorunnan heç aram yoxdu,
zayın biridi, istəmirəm ağız açam”. Alçaldığını başa düşmək
də yaxşı şeydi. Bilirsən, daha bundan da pisi ola bilməz.
Ona görə fikirləşdi ki, susmağa, susub-döyükməyə dəyməz,
nəsə bir söz demək lazımdı: sərt, kobud bir söz. Heç olmasa,
bekara əvəzini çıxar. Elədiyi xahişlə bayaqdan özü öz dilini
bağlamışdı. Keçib daha. Qöy özünü dartmasın, qoy bilsin,
tapşırıb-tapşırmayacağı onun heç vecinə də deyil. Sözdü,
yeri gəlmişdi dedi, heç demək fikri də yoxdu. Bir axmaqlıqdı
elədi, vəssalam: elə bilmişəm adamsan, ürəyimin sözünü
deyə bilərəm, demək, səhv eləmişəm, yanılmışam. Bağışla,
iki gözüm, bağışla. “Zaydı, deməyin. Nə məcbur olub”.
Amma Əsgər müəllim də Əsgər müəllimdi. O saat
gülümsədi. Qohumun ürəyini qırmağa heç qıyarmı?! Hök-
münü göstərdi – bəsidi. “Ay səni, incidin, deyəsən, məndən.
Yox, bir şey fikirləşərəm, sən narahat olma. Bir dəfə söz
deyibsən, heç elə şey olar düzəlməsin?! Elə deyil, Tutu
bala?” Hal qalmamışdı Tutu balanın üzünə baxsın. Gərək

276
   271   272   273   274   275   276   277   278   279   280   281