Page 279 - "Yolüstü söhbət"
P. 279
ündən, öz əhvalından çox asılıdı. Əgər kefin yaxşıdısa,
üzün gülürsə, bu ovqat qarşındakına da keçir, həmin adam
da istər-istəməz yaxşı olmağa çalışır. Bəlkə elə birinci
yanaşdığı vaqon bələdçisi də buna görə onu biletsiz
aparmağa söz-söhbətsiz razı oldu, necə alacağını da heç
soruşmadı: “Tələbəni aparmamaq günahdı, – dedi, – özü
də qəbul olana oxşayırsan. Düz tapmışam, qadası?”

Yalan deməyin bu yoğun, çalsaçlı kişiyə bir istiliyi-
soyuqluğu olmadığından, o, başı ilə təsdiqlədi.

Bələdçi ərklə əlini onun çiyninə vurdu: “Təbrik, təbrik.
Keç içəri, səni gərək aparıb öz əlimlə dədənə təhvil verəm”.

Kişi doğrudan da sevinirdi. Özü də elə danışırdı ki,
güya qatarı düz onların qapısına sürdürəcəkdi.

Vaqonda hava deyilən şey yox idi. Durduğu yerdə
adamı tər basırdı. İçəri girən istidən şikayətlənirdi. Eyni
şeydən şikayətləndiklərinə görə də çoxu artıq bir-birilə
tanış olub söhbətə girişmişdi.

Qatar tərpənəndən sonra vaqon azca sərinlədi. Hiss ol-
unmadan hava da artıq qaralmışdı. Yavaş-yavaş səs-küy
azaldı, hər kəs öz yerinə çəkilib yatağını rahatladı. Sakitlik,
təkərlərin yeknəsəq səsi, pəncərədən görünən qaranlıq
yuxu gətirirdi. Yorğun olanlar, ya darıxanlar tezcə yuxulayıb
vaxtı öldürmək üçün işıqdaca yerlərinə uzandılar. Təkcə
qadınlar, yuxuları gəlsə də, işığın sönəcəyini gözləyirdi.
Onlar hamının gözü qabağında yatağa uzanmağa utanırdılar;
bekarçılıqdan, yerlərinə girmiş adamların yatışına baxa-
baxa fikirlərində nəyinsə haqq-hesabını çəkirdilər. Mələfənin
gizlədə bilmədiyi yalın ayaqların yiyələrinisə, yəqin ki,
daha yuxu aparmışdı.

Yerinə uzanmaq onun da ürəyindən keçirdi. Uzanıb
qarşıdakı yol haqqında, görəcəyi adamlar haqqında

279
   274   275   276   277   278   279   280   281   282   283   284