Page 275 - "Yolüstü söhbət"
P. 275
t səbəbini öyrənib onun könlünü alacaqdı. Beləcə mehri-
ban oturmuşdular, əziz-xələf qohumlar hər xırda şeyə də
narahat olurdular. Sonra da bu “toy” söhbəti. Bircə kəlmə
söz canına xoş bir istilik gətirdi. Elə bil hamının gözü
önündə Tutunun bədəninə toxundu, heç kimdən də
utanmadı. Çünki hamı bilirdi ki, bu təbiidi, belə də olmalıdı,
Tutu onundu. Tutu isə onda yaman gözəldi. Gözləri oyur-
oyur yanırdı. Yanlarında üçüncü adam olanda, Tutu ona
həmişə bu cür gözəl görünür. Bax, onda, “toy” söhbətindən
sonra birdən-birə inandı ki, qarşısındakı adamın
hərəkətlərində, ona qarşı mehribançılığında heç bir saxtalıq
ola bilməz. Axı niyə də olmalıdı? Əgər onu saymırlarsa, o,
pisdisə, nə məcburdu ona qız versinlər?! Bir də ki, qız
verən ailə həmişə bir pillə aşağıda durur oğlan evindən.
Çünki oğlan sabah istəsə, nişanı qaytarar, qaytarıb onları
gözükölgəli eləyər. Ya ayrı ev olanda üzlərinə baxmaz,
ayaqlarını kəsər qapıdan. Sözsüz ki, belədi. Demək, o yox,
bunlar onun qulluğunda durmalıdırlar. Həm də vəzifə
hələ ağıldan xəbər vermir, nə də üstünlük deməkdir.
Əlbəttə, dayısı da bunu başa düşür. Ona görə bayaqdan
maraqlı bildiyi söhbətlərdən eləyir, istəyir onu əyləndirsin...
Belə fikirləşməsəydi, söhbəti açmazdı. Öz fikirləşdiyinə
uyub, qarşısındakını bir baş özündən aşağı bilib ürəkləndi.
Guya dayısı sevinəcəkdi ki, heç olmasa, bir işə yarayır,
xeyirxahlıq eləməyə imkan tapır. Xahişi hətta saymazyana
elədi. Lap inanmışdı Əsgər müəllimin sevinəcəyinə. Sevinib-
sevinməyəcəyinə sözünü deyəndən sonra şübhə elədi.
Çünki qəfilcə baxışdılar. Bu, bircə an çəkdi. Ancaq hiss
elədi ki, həmin bircə anda qarşısındakı adam onun içini
gördü: xahiş eləyəcəyini, bu xahişi eləyənə qədər nələr
keçirdiyini, nələr düşündüyünü də bildi. Bildiyinə görə də

275
   270   271   272   273   274   275   276   277   278   279   280