Page 280 - "Yolüstü söhbət"
P. 280
irləşmək istəyirdi. Ancaq bələdçinin ona öz yerini verməsi,
üzünə xoş baxması əl-qolunu bağlamışdı – özünü yad yerə
düşmüş qonaq kimi narahat hiss eləyirdi və bu hiss onu
istədiyi təki oturub durmağa qoymurdu. Bir yandan da
kişi mehriban olduğu qədər də danışqan idi. Özü də gözü
nə görürdüsə, yadına birinci nə düşürdüsə, o haqda
danışırdı. Dayanacaqlarda söylədiyi əhvalat yarımçıq qalsa
belə, daha bu söhbətə qayıtmırdı, bu dəfə başqa söhbətə
başlayırdı. Girib-çıxdıqca da tez-tez ona sataşırdı:
“Söyündüyünnən yata bilmirsən ha, tələbə”. Dərhal da
üzü gülürdü, başını razılıqla tərpədirdi: yəni başa düşürəm,
bilirəm ki, sevinməyə dəyər.

Sonra hələ kişinin yeməyinə də şərik oldu, çayından da
içdi, çəkən olmasa da, siqaretindən də götürüb yalandan
tüstülətdi. Kişi təklifi ürəklə eləyirdi, ona görə boyun
qaçırammırdı, qorxurdu xətrinə dəyər.

Yemək arxasında yavaş-yavaş söhbətləri axına düşdü.
Kişi onun hardan, kimlərdən olduğu ilə maraqlandı. Yaxşı
ki, heç kimi tanımadı. Sonra hansı sözsə kişini çəkib apardı,
başladı öz həyatından, başına gələnlərdən danışmağa.
Anasını çox istəyirmiş. Deyirdi ki, adam hamını eyni cür
istəyəmməz. Düzdü, çoxuna hörmət eləyirsən, lazım gəlsə,
onnan ötrü özünü əziyyətə də salırsan, ancaq bir nəfəri
hamıdan çox istəyirsən. Kimsə hamıdan çox arvadını istəyir,
kimi uşağını: dədəsi, anası gözünün qabağında dura-dura
and içəndə də uşağının canına and içir. “Mən də anamı
çox istəyirdim. Özü də istək vergi kimi bir şeydi. Elə bil
anadan olanda kiminsə adını alnına yazırlar. Daha həmin
adam pis oldu, yaxşı oldu, dəxli yoxdu, üzün onnan çətin
dönər...”

Kişinin də anasından üzü dönməmişdi. “Tərsin biriydi,
dili də zəhər. Durduğun yerdəcə adamı zəhərləyirdi. Evə

280
   275   276   277   278   279   280   281   282   283   284   285