Page 267 - "Yolüstü söhbət"
P. 267
an adamdan xoşun gəldimi? Belə kəsəsinə sualların ikicə
cavabı var idi. Əvvəlcədən də bilirdi ki, eşitdiyi sözün heç
biri ürəyincə olmayacaq. “Hə” eşitsə, şübhə eləyəcək, “yox”
sözünüsə sonra yüz yerə yozub, zarafata salsa da, içini
yeyə-yeyə qalacaq. Dünən ancaq belə bir axmaq cavaba
Tutunu məcbur eləmişdi. Tutu “bəs bəyaqdan hardasan?”
deyəndə, kinayə ilə soruşmuşdu: “çox darıxıbsan?” Niyə
axı darıxmalıydı? Darıxmağa axı heç vaxt qalmırdı da. Hər
gün görüşürdülər: iş günləri səkkiz saat işdə; şənbəni,
bazarı – şəhərdə. Hələ iki gündən bir işdən sonra gəzməkləri
də olurdu. “İstəyirsən deyim darıxmışam? Hə, darıxmışam”.
Onun nə eşitmək istədiyini Tutu, doğrudan da, yaxşı
bilirmiş. Adamı elə yaxşı tanıyanda aldatmaq olur.
Yox, Tutu onu hələ yaxşı tanımır. Bunu dünən başa
düşmüşdü. Qəfilcə baxışları rastlaşanda başa düşmüşdü.
Kefinə soğan doğrayandan sonra. Yazıq qız fikirləşirmiş
ki, Mədət onun necə səbirsizliklə gözlədiyini biləndə
sevinəcək: heç hara çıxmayıb, nişanlısı üçün yaxşı badımcan
dolması bişirib, hələ üstəlik bir “Gəncə” konyakı da alıb,
“elə bilmə papamındı, öz puluma almışam”, gözü də qalıb
telefonda ki, nə ola Mədət indi zəng vura, bilə onu
gözləyirəm, qaçıb gələ, ikilikdə oturaq, elə hiss eləyək öz
evimizdəyik, öz süfrəmizin başında oturmuşuq, “heyif,
heyif, dünən bilsəydim papagil bağa gedəcək, əvvəlcədən
sənə deyərdim, heyif...” Ancaq onun – Mədətin qaşqabaqlı
gəlməyi bəs deyil, fikirləşmir çörək yeməyib onu gözləmişəm,
deyir: “Zəhmət çəkmə, mən toxam”. Nə olsun toxsan,
gərək bunu deyəsən?! Otur, bir qismət çörək ye, danış, gül,
bişirdiyimi təriflə də, axı bütün qadınların xoşu gəlir onun
yeməyini tərifləsinlər. Gərək adamın elə ürəyini qırasan?
Bax onda, başını qaldırıb qəfilcə Tutunun baxışları ilə
267