Page 263 - "Yolüstü söhbət"
P. 263
ənmək tamam başqa. Evlənmək ömrü boyu bir yerdə
olmaq deməkdi. Görən, Tutu ömrü boyu onunla bir yerdə
olmaq istəyərdimi? Lap Tutu olmasın, lap başqası olsun,
görən, kimsə ömrü boyu onunla bir yerdə yaşamaq
istəyərdimi? Evlənmək o deməkdi, indi istəyib elədiyini
sabah istəməsən də eləyəsən. Niyə, axı, sabah kimsə
istəməyə-istəməyə mehribançılıq eləməyə məcbur olsun?
Sonra unadı ki, Tutu elə ondan evlənmək təklifini gözləyir.
Daha çox gözlətmədi. Razılığını alanda nə qədər sevinmişdisə
də, bir o qədər də qorxmuşdu. İndi də qorxurdu. Nə vaxtsa
məcburi yaxınlığı, məcburi mehribançılığı hiss edəcəyindən
qorxurdu.

Trolleybus o, elə çathaçatda yerindən tərpəndi. O, için-
için güldü, guya trolleybus acıqla dayanıb onu gözləməmişdi,
o isə hamıya göstərmək istəyirdi ki, bu, heç onun vecinə də
deyil. Sonra boylanıb ətrafına göz gəzdirdi, biləndə ki, heç
kimin onunla işi yoxdu, hərə öz yolunda, öz iş-gücündədi
– sakitləşib teleqraf dirəyinin kölgəsinin işıqla kəsişəcəyinə
baxdı. Qəfilcə gün batdı, kölgə öz qatılığını itirib bozardı,
bu bozluq bayaq gün düşmüş yerlərə də yayıldı. Sonra
gün yenə çıxdı, bozluq o saat itdi, kölgə qatılaşıb yenə
işıqla burun-buruna dayandı. Dünən Tutu ilə görüşə
gedəndə də hava qəfilcə tutulmuşdu. Üç-dörd gündü belə
idi: bürküdən buxarlandığın yerdə bir də görürdün hava
bulandı, bekara yağış çilədi, üstündən beş dəqiqə keçirdi
yenə gün, yenə bürkü. Üç-dörd gündü belə olduğuna görə,
bilirdi ki, yağış yağsa, tezcə də kəsəcək. Ancaq son illər
havanın necəliyi onu az maraqlandırırdı. Yağış, qar, ya
günəşli hava arzuladığı, bunlara sevindiyi, kədərləndiyi
vaxtlar çoxdan keçib-getmişdi. Daha başa düşmüşdü ki,
havanın necəliyindən heç nə asılı deyil; yağış, qar, külək

263
   258   259   260   261   262   263   264   265   266   267   268