Page 260 - "Yolüstü söhbət"
P. 260
izi tərifləməyə. Ancaq daha qardaşı üçün bu söhbət
maraqsızdı, heç qulaq asmadı da. Qulaq asmadı...

Qəndin şirnisi boğazını tutmuşdu. Çaydandan su töküb
içdi. Suyun tamı vardı – qaynanmış su həmişə tam verir.
Ağzının tamını dəyişmək üçün bir dişdəm qarpız götürdü.
Sonra evin ortasında dayanıb nə edəcəyini, hara gedəcəyini
fikirləşdi. “Həkimə gedim”, – dedi. Boş-boşuna evdən
çıxmaq istəmədiyindən yenə “həkimlə” özünü aldatdı.

Hava artıq qızmışdı. Günəş öz istisi, öz işığı ilə onu
doyuzdurmuşdu. O qədər doyuzdurmuşdu ki, indi hava
da parıldayırdı, sarımtıl parıltı adamın gözünü qamaşdırırdı.

Həyətdə kimsəsizlikdi. Təkcə balaca bir uşaq kranın
dəstəyi ilə oynayırdı. Dəstəyi firlatdıqca da suyun gəlib-
gəlmədiyinə baxırdı. Suyu isə təkcə axşamlar buraxırdılar.
Bunu yəqin ki, uşaq bilirdi. Bilə-bilə də günün altında
dayanıb kranın dəstəyini hərləyirdi.

Belə istidə həyətə heç kimin çıxmaması təbii idi. Həm
də səhər yenicə açılmışdı, bu saat hamı iş-güc dalınca
getmiş olardı. Sözsüz, hamı yox, ancaq evlərdə kiminsə
olduğuna bu saat onun inanmağı gəlmirdi. İnana bilmirdi
kimsə boş-boşuna evdə qalıb, darıxdığından bilmir nə
eləsin, divanda uzanıb gözünü tavanda gəzdirir, ya
dırnaqlarını təmizləyir. Çünki belə işsizlik, boş-boşuna
evdə qalmaq ona çox dözülməz görünürdü, onların yerində
olmağı da arzulamazdı. Di gəl, bayaq özü də beləcə bekar
idi, bu dözülməzliyi, zülmüsə bayaq hiss eləməmişdi.

Hansı evdəsə qırıq-qırıq telefon zəng çaldı. O, hətta
ayağını yavaşıtdı, guya ona zəng vurmuşdular. Bu
narahatçılığı özünə də gülməli gəldi. Üç-dörd zəngdən
sonra telefon susdu. Yəqin ki, dəstəyi götürdülər. “Kimsə
kimisə axtarır, – deyə düşündü. – Kimsə kimisə axtarır”.

260
   255   256   257   258   259   260   261   262   263   264   265