Page 261 - "Yolüstü söhbət"
P. 261
bilmək olar, bəlkə də bu zəngdən çox şey asılıymış.
Bəlkə də indi kiminsə taleyi həll olundu, ömrü tamam
başqa axına düşdü: sevindi, ya dəhşətdən başını itirdi. O
isə sakitcə keçib gedir. İki addım kənardakı adamın ondan
xəbəri yoxdu. O da həmin adamı tanımır. Dünyadasa
adamlar çoxdu, bu saat hərə öz istəyinin dalına düşüb, ona
toxunmadan, onun başı üstdən harasa uçub gedirlər, harasa
tələsiyirlər. Həmin adamlar üçün o, yox kimidi, onsuz
yaşayıblar, yaşayacaqlar da.

Dünyanın özgə vaxt sezmədiyi, ya sezmək istəmədiyi
böyüklüyü ona öz xırdalığını hiss elətdirdi. Bu böyük
dünyada bu saat kiminsə onu axtarması fikri ona gülünc
göründü. Çoxdan, lap çoxdan o, bir dəfə də özünü belə
tənha hiss eləmişdi. Onda rayondan bir il olardı gəlmişdi.
Şəhərdə dost bildiyi, ərk eləyib qapısını açacağı bir adam
yoxdu. Heç kimlə də məktublaşmırdı ki, heç olmasa,
məktubsa gözləsin. Bax, onda günlərin bir günü ona elə
gəlmişdi ki, unudulub, lazımsız, işlənmiş bir əşya kimi
hamının yadından çıxıb, harda olduğu, hara getdiyi, nə
istədiyi, necə yaşadığı heç kimi maraqlandırmır. Yaxşı ki,
elə həmin vaxt əsgərliyə çağırış vərəqi almışdı. Minlərlə
adamın içində yaddan çıxmadığı, unudulmadığı ona qəribə
gəlsə də, kağızda öz ad-familiyasını oxumaq xoş idi.

İndi o gündən çox keçmişdi, indi o, Bakıda çox adamı
tanıyırdı, aça biləcəyi çox qapılar vardı, ancaq demə tanımaq
da o deyilmiş ki, səni axtardıqlarına, səni andıqlarına
inanasan. Anan da, axtaran da bəlkə vardı. Di gəl, inanmağı
gəlmirdi ki, kimsə durduğu yerdəcə birdən-birə ondan
ötrü qəribsəsin, onu, sadəcə, görməkdən ötrü, səsinicə
eşitməkdən ötrü burnunun ucu göynəsin, özü də bu istək
o qədər güclü olsun ki, bu istəyi nəyləsə aldadıb ovundura

261
   256   257   258   259   260   261   262   263   264   265   266