Page 265 - "Yolüstü söhbət"
P. 265
ışaydı. Tutuyasa küçədən zəng vuranda həmişə özündə
acizlik hiss eləyirdi. Elə bil boynunu uzada-uzada ona
altdan yuxarı baxırdı. Bu hisslə heç cür bacara bilmirdi,
acizliyini duyacağı fikri qoymurdu telefonda istədiyi kimi
danışsın. Dünən də Tutunun səsini eşidən kimi zəng
vurduğuna peşman olmuşdu. Çünki zəng vurmaya da
bilərdi, onsuz da şərtləşmişdilər nə vaxt, harda görüşsünlər.
Ancaq iyirmi dəqiqənicə gözləməyə səbri çatmadı. O saat
da ağlına gəldi ki, bu görüşdən savayı onun başqa işi-
gücü, başqa qayğısı olmadığını Tutu fikirləşə bilər. Elə
buna görə kefi birdən-birə dəyişmişdi, səsi özünə də yad
gəlmişdi. Gözləməyi bacarsaydı, şərtləşdikləri vaxt,
şərtləşdikləri yerdə görüşüb, hər görüşdə olduğu kimi bir
az bulvarda gəzəcəkdilər, arada xəlvət bir küncə çəkilib
bir az da öpüşəcəkdilər; xoş bir hisslə onu da fikirləşməyə
macal tapacaqdı ki, bu qolları arasındakı qız dünyada hələ
çox az şey bilir və bu qıza bəzi şeyləri ilk dəfə o öyrədəcək.
Sonra, uşaq təki öpüşüb qucaqlaşmağa çox uyduğuna görə
halsız, əzgin evə qayıdanda özünü bekaraca da danlayacaqdı.
Ancaq ürəyi sakit, canı-başı dinc qayıdacaqdı. Yoxsa dünənki
kimi... Vur-tut iyirmi dəqiqəni gözləyə bilməməyicə hər
şeyi dəyişdi.
Qəribədi, neçə dəfə sınamışdı, Tutunun ki, kefi lap yaxşı
olurdu, onu elə bil qıcıqlandırırdılar, istəyirdi acı bir söz
desin, sancsın, axır ki, necə olsa, kefinə soğan doğrasın.
Sonra axmaq iş tutduğunu boynuna alırdı, Tutuya yazığı
gəlirdi, ancaq həmin dəqiqə özü ilə bacarmırdı, hətta özü
özünü qızışdırırdı da, necə, nə cür sancmaq üçün həvəclə
yollar axtarıb tapırdı. Dünən elə Tutunun səsini telefonda
eşidəndə hiss elədi ki, bu səs onu şirnikdirir, qıcıqlandırır.
Elə söz var ki, deyildiyi kimi eşitmirsən, nə üçün, hansı
265