Page 187 - "Yolüstü söhbət"
P. 187
r içəri çağırsa da, yuxarı qalxmadı. Eşikdə onun tək
dayanmağı ayıbdı, ona görə Məcid də çiyninə pencək atıb
bayıra çıxdı.

Hava soyuq deyildi, yağış soyuğun damarını qırmışdı.
Amma Vahab, deyəsən, üşüyürdü, qara plaşının yaxasını
qatlayıb əlləri cibində büzüşmüşdü, ayağının birini qatlayıb,
o birini qoyurdu.

Küsülülər kimi, beləcə dinməz-söyləməz dayanmamaq
üçün Məcid araya söhbət salmağa çalışdı:

– Soyuqdu ha sənə... gələydin içəri.
Vahab nəsə mızıldadı. Tüklü sifətindən, altı qaralmış
gözlərindən yorğunluq tökülürdü.
– Uşağı nahaq aparırsan, tək adamsan. – O saat da başa
düşdü ki, söhbət elə buradaca qırılacaq.
Vahabın kinayəli təbəssümü də bunu deyirdi:
– Sənə dəxli yoxdu, burnunu hər yerə soxma.
Süsən yaxşı ki, otaqdaydı, bu sözləri eşitməmişdi. Sözü
çevirmədi. Daha danışmamaq olardı, onsuz da Vahabla
söhbətləri tutmurdu. Vaxt varıydı bu adamın əlindən lap
boğaza yığılmışdı, əlacı olsaydı, onu boğub-öldürərdi, heç
“uf “ da deməzdi. Onun qaraqabaqlığı, hərdən çoxbilmiş
adam kimi kinayəli-kinayəli gülümsəməyi, burnunu yuxarı
dartmağı, ikibaşlı sözləri çox gecələr Məcidin yuxusunu
qaçırmışdı. Adamı təhqir eləmək üçün lazım deyil ki, elə
adamın üzünə söyəsən. Vahabın saymazlığı, danışdığın
yerdə durub adamdan aralanmağı, kinayəli təbəssümü
söyməkdən də betər idi. Arvadının, baldızının yanında o
dillənmirdi, sıpıxıb qalırdı. Bir də ki, dillənib nə deyəsiydi?
Deyəcək ki, niyə elə gülümsəyirdən? Özünü təhqir olunmuş
göstərməmək üçün məcbur oldu yerli-yersiz gülümsəsin,
yerli-yersiz gülsün, ağlına gələni danışsın. Sussa, təhqir

187
   182   183   184   185   186   187   188   189   190   191   192