Page 176 - "Yolüstü söhbət"
P. 176
y elə adi oldu – dillənəmmədim də. Gecəni rahat yatdıq,
səhər durdu ki, daha bizimki qurtarıb. Bu sözləri deyir,
heç tükü də tərpənmir. Mən də quruyub qalmışam. Elə də
gözəldi, elə də yaxşıdı, istəyirəm durub boynuna sarılam.
Sonra dedi ki, uşaq da sənin, ev də, mənə heç nə lazım
deyil. Deyir, danışır, pal-paltarını yığışdırır çamadana. Özü
də elə gözəldi ki, istəyirəm qucaqlayıb öpəm. Çıxıb gedəndən
sonra da heç ona hirslənmədim. Heç indi də hirslənmirəm.
Gəldi, getdi. Belə istədi. Bəlkə də elə günah məndədi, ba-
carmadım qoruyam, saxlayam. Uşağa aliment verirdi,
qaytardım geri. Lazım deyil. Birtəhər böyüdəcəm. Uşağı
nə vaxt görmək istəsə, dillənmirəm. Elə olur, lap on gün
aparıb saxlayır. Oğludu, öz balasıdı, qoy saxlasın. Mən də
bacardığımı eləyəcəm, təki məni pis adam bilməsin. Nə
vaxtsa başa düşər, bilər ki, onu istəyirdim. Adamın övladı
olmağı nə yaxşıdı. Öz ətin, öz qanın. Atasına da elə oxşayır:
dodağının nazikliyi, burnu, gözlərinin iriliyi. Hərdən baxı-
ram, baxıram, lap ürəyim xarab olur. Onu doğana qədər
neçə dəfə o dünyaya gedib gəlmişəm. Şişib çəlləyə dönmüş-
düm. Doğuşda iynəni iynənin dalınca vururdular. Uşaq
olan kimi elə bil üstümdən dağ götürüldü. Elə yüngülləşdim
ki. Uşağı da büküb qoyublar bir az uzağa. Əl boyda, qırmı-
zılı-göylü. Dünyadan xəbəri yoxdu, öz-özünə dodağını
marçıldadır. Baxıram, inana bilmirəm doqquz ay bunu
qarnımda gəzdirmişəm. Allah-taala elə bil o saat adama
məhəbbət də göndərir. Lap yeməyim gəlir. Ancaq heç
yaxın düşməyə də qoymadılar. Qoluma girib elə oradaca
uzatdılar çarpayıya. Ürəyim də qalıb uşağın yanında, bir
doyunca baxmamışam. Bir gün sonra əmizdirməyə gətirdilər.
Ağzı bapbalaca, döşümün giləsi ağzına sığışmırdı. Nəfəsi
tıncıxırdı, az qalırdı boğulsun. Mən də elə qorxuram, elə
176