Page 173 - "Yolüstü söhbət"
P. 173
ib gəldi. Deyir, hanı o şirin-şəkər qohumların, saxlamırdılar,
aparıb ölüsünə yiyə duraydılar, toy eləməmiş evimə vay
saldınız. Xalamın ruhu hələ evdən uçmayıb, durub radionu,
televizoru açır, konsertə qulaq asır. Bilir özü də xalamı nə-
təri çox istəyirdim (indi istəməyim), anam olmayıb, beş
yaşından mənə analıq eləyib, hər zəhmətimi çəkib, heç ol-
masa, qoy yeddi gün yasını saxlayım. Özüm də başa dü-
şürdüm ki, qohumlarımdan inciməyə haqqı var. Yaxşı,
haqqın var, olsun, bəs niyə məni üzürsən? Zəhlən gedir,
ürəyində saxla, axı mən yazığam. Hiss eləyirdim məndən
də zəhləsi gedir, mənə də nifrət eləyir, amma inanmaq is-
təmirdim. Axır inandırdı, inandırdı. Toydan sonra qohum-
larımgilə getməyə qoymurdu, həmişə bir bəhanə gətirirdi...
Heç özümün də həvəsim yoxdu getməyə. Amma evimizə
getməyi çox istəyirdim. Nəsə könlümə düşmüşdü. Toydan
sonra evimiz elə bil birdən-birə uzaqlaşmışdı, şirinləşmişdi.
İndi orda bacım ailəsilə qalırdı. Əri pis adam deyil. Ancaq
yaxşı, ya pis – yaddı. Ev mənə heç kimsiz lazımdı. İstəyirdim
bir gün də, bir gecə də olsa, keçmişi xatırlayım, atamı, ba-
cımı, bir stol başında necə yığılıb oturmağımızı yadıma
salım. Bilmirəm niyə mənə elə gəlirdi ki, ancaq orda, evi-
mizdə keçmişi olduğu kimi xatırlaya bilərəm. Hərdən gö-
zümün qabağına nəsə gələndə də tez fikrimi yayındırırdım,
qorxurdum düzəməlli xatırlayammıyam, bütün ləzzəti itə,
sonra da heç xatırlaya bilməyəm. Hələ inanırdım ki, bəlkə
anamı da xatırladım. Çox inanırdım. Beş yaşlı körpənin
yadında bəlkə nəsə qalmışdı. Deyirlər, heç nə yaddan çıx-
mır, bircə çalışıb yaddaşı oyatmaq lazımdı. Köhnə şəkillərdən,
danışılanlardan anamı təsəvvür eləyə bilirdim. Amma onu
da bilirdim ki, bu qondarmadı, beş yaşına qədər məni ye-
dizdirən, gəzdirən, gecələr yanında yatıran qadın hardasa
173