Page 174 - "Yolüstü söhbət"
P. 174
daşımın qaranlıq bir küncündədi. Oranınsa qapısı se-
hirlidi. Həmin sehrin də bircə sirri var. O da evimizdə
olmalıdı. Bəlkə orda nəsə bir səs, nəsə bir qoxu qəfilcə hə-
min sehirli qapıya düşəcəkdi, həmin o qaranlıq künc işıq-
lanacaqdı. Anamı görəcəkdim. Uşaq doğulandan sonra
bacım qonaq çağıranda, gecəni orda qalacağımızı bilib elə
sevindim ki. Yatanda ərimin yerini divandan saldım,
istəmirdim bir yerdə yataq, istəyirdim bu evdə əvvəllər,
qızlığımda necə olmuşamsa, necə yatmışamsa, elə də yatam,
heç nə o illəri xatırlamağa mane olmasın. Amma qorxdum,
birdən yeri ayrı saldığıma inciyər, ona görə ürəyimdəkini
dedim ki, məni başa düşsün, bilsin. Allah, gör mən nə
qədər onu sevirəmmiş, nə qədər inanırammış, bircə bundansa
başa düşməyib. Bəlkə deməsəydim, incimək heç ağlına da
gəlməzdi, amma deyəndən sonra ayrı yatmadı. Özü də
bilirdi məni döysə, söysə, bundan yaxşıdı. Ağlamağıma da
fikir vermədi. Guya məni sakitləşdirirdi, guya məni kiridirdi,
amma elə hala gətirdi ki, axır özüm istədim. Ərimin
yaxınlığını o günə qədər heç elə istəməmişdim. Həmin
dəqiqə mənə yaxın durmasaydı, dəli olardım. Bəlkə də
adam ancaq istəməyəndə elə ehtirasa gələ bilər. Sonra
qaranlıqda üzünü seçməsəm də, hiss elədim mənə gülür.
Onda, bax onda bildim ki, mənə də nifrət eləyir; onda
bildim ki, daha bir yerdə yaşayammayacağıq. Ancaq
istəyirdim. Çox istəyirdim. Elə ona görə də dözürdüm.
Dözəcəkdim də. Uşağı tək böyütməkdən, camaat içində
biabır olmaqdan qorxmurdum. Bunlar heç ağlıma da gir-
mirdi. Bircə ayrılmayaydı. Əvvəllər də bir hörmət
görməmişdim, həmişə məni alçatmağa çalışırdı. Onun-
bunun yanında bir də gördün elə söz deyirdi, ölüb yerə
keçirdim. Bir dəfə məktəb yoldaşlarımın yanında məni elə

174
   169   170   171   172   173   174   175   176   177   178   179