Page 127 - "Yolüstü söhbət"
P. 127
Himə bəndmiş kimi uşaq təzədən hönkürdü.
– Di yaxşı, yaxşı, sakit ol. – Başını sinəsinə sıxdı. – Gör
heç mən səni döyürəmmi. Mən səni çox istəyirəm. Hamıdan
çox istəyirəm.
Pencəyinin cibindən pul çıxarıb, ehmalca uşağın cibinə
basır.
– Sən də məni çox istəyirsən?
Başı ilə “hə” dedi.
– Onda babanı öp görüm.
Uşaq onun üzündən öpür.
– Di get oyna. Babanın da sözünə qulaq as.
Uşaq heç nə olmamış kimi götürülüb həyətdən çıxır.
Çənəsini çəliyə söykəyib bir xeyli nəyəsə gülümsəyir.
Sonra, deyəsən, mürgü aparmışdı. Bir an keçmişdi, bir saat
keçmişdi – bilmirdi. Əlini sifətinə çəkdi. Üz-gözü tərləmişdi.
– Ay uşaq…
Hasarların üstündən, ağacların arasından bir meh keçib
onu tapdı, üz-gözünü sığalladı. Hər şey tanışıydı, bu meh
də, bu sərinlik də, yarpaqların halsız titrəyişi də. Heç nə
dəyişməmişdi, vur-tut ömür keçib getmişdi.
– Ay uşaq…

127
   122   123   124   125   126   127   128   129   130   131   132