Page 123 - "Yolüstü söhbət"
P. 123
QOCA
– Ay uşaq…
Çəliyə dirənib həyətin ortasında dayanmışdı. Sulanmış
gözlərilə key-key bağın başına baxırdı.
Elə bil uzandığı yerdə niyə durub həyətə düşdüyünü,
nə eləyəcəyini kəsdirə bilmirdi. Toyuq hininin söykəndiyi
hasar çox yerindən ovulmuşdu, daşlar qopub düşmüşdü.
Toyuqlar bir az da dimdiklərinə güc versə, günlərin bir
günü hasar uçub elə toyuqların özünü birtəhər eləyəcəkdi.
– Ay uşaq…
Əvvəl bu daş hasarların yerində çəpər idi. Qonşu qon-
şunu görürdü, hələ iki çəpər o yanda küçə də görünürdü.
Külək bu tikanlı çəpərlərin arasından, üstündən asanca
keçirdi, həyət belə xəfə, havasız olmurdu.
– Nədi e, nədi, yenə nə istəyirsiniz?!
Uşaq üzünü evə tərəf tutmuşdu, sözü anasına deyirdi,
ancaq səsindəki hirs-hikkə babası üçündü: bəlkə insafa gə-
ləydi, onu oyunundan ayırmayaydı.
Anası heç mətbəxdən çıxmadı:
– Gör baban nə deyir.
Uşaq tərin içindəydi. Nəfəsini zorla dərirdi.
– Günün istisində özünü niyə öldürürsən?
123