Page 121 - "Yolüstü söhbət"
P. 121
ından, qaynayan gözlərindən oxunurdu. Ayağını beş
addım o yana qoyan kimi yenə, yəqin ki, o sözü təkrar elə-
yəcəkdi. Qadın da bunu bilirdi. Çünki onun da gözlərində
uşaqdan gizlətməyə çalışdığı təbəssüm varıydı.
Qadının cizgiləri nədənsə mənə çox əziz, çox tanış
göründü. Hansı xatirəyləsə bağlı kövrək bir hiss gözümü
ondan çəkməyə qoymurdu. Yaddaşımı ələk-vələk eləyib
qadını necə, hardan tanıdığımı xatırlamağa çalışırdım.
Birdən-birə öz uşaqlığım, anam, həyətimiz, yelpik kimi
evimizin üstünə əyilən tut ağacı, dünyanın ömrümün hansı
çağındasa hiss olunmadan mənə verdiyi, sonrasa hiss ol-
unmadan aldığı adamlar yadıma düşdü. O, necəsə anama
oxşayırdı. Bu vaxt qadın başını qaldırıb mənə baxdı.
Baxışlarımız rastlaşanda özümü saxlaya bilməyib salam
verdim. Qəribə idi ki, qadın salamımı aldı və ancaq onda
bildim ki, doğrudan da, qadını tanıyıram. Səhərin yuxulu
toranlığı, qara xalatda tualeti yuyan qadın gözümün qaba-
ğına gəldi. Həmin qadın idi. Yerişimi yavaşıdıb indi lap
zənlə qadına baxdıqca, rezin boru ilə tualeti yuyan, yanın-
da hər cür söz danışdığımız, saymadığımız qadınla, uşağa
acıqlanan yaşıl donlu qadın arasında heç bir oxşarlıq gör-
mürdüm. İndi qadın anama da oxşamırdı. Elə bil bircə
anda onun sifəti dəyişmişdi.
Yolla gedə-gedə verdiyim salama görə özümü söyürdüm,
özümdən zəhləm gedirdi. Hər gün rastlaşsam da, ilk dəfə
idi ona salam vermişdim. Sabah isə qadının yenə qara xa-
latda, şit zarafatlarımızı eşidə-eşidə metlaxı yuduğunu
görəcəkdim. Ancaq daha salam verib-verməyəcəyimi
bilmirdim.
Döngəyə çatmış bir də geri boylandım. Qadın uşağın
əlindən tutub evə aparırdı. Mən indi onların nə üzünü se-
121