Page 117 - "Yolüstü söhbət"
P. 117
– Salam, qardaş!
Bu mərtəbəyə təzəlikcə köçdüyümüzdən hamının adını
bilmirəm. Əvvəl yuxarıda qalırdıq, pəncərəmiz də elə bu
mətbəx kimi çöllüyə baxırdı. Külək tutduğundan otağımız
qışda sopsoyuq olurdu. Çox işıq yazdığından qızdırıcı
işlətməyə də icazə vermirdilər. Yaxşı ki, axır güc-bəlaynan
otağımızı dəyişdirə bildik – bir mərtəbə düşdük aşağı, özü
də əks tərəfə. Bura küləyin əli gəlib çatmır. Otaqda üç nə-
fər qalırıq. Üçümüz də zavoda eyni vaxtda gəlmişik. Bu,
yaşıd olmaq kimi bir şeydi, yəni aramızda böyük-kiçik
söhbəti yoxdu, kim nə bacarır, onu da eləyir. İllər bizi o qə-
dər yaxınlaşdırıb ki, bir-birimizdən inciməyə haqqımız ça-
tır, amma bir-birimizi yaxşı tanıdığımızdan hər şeydən in-
cimirik də.
Zavodda işləyəndən mənim üçün dünyada ən çətin şey
səhər yuxudan durmaqdı. Yayda yenə hava tez işıqlanır,
ertədən durub təmiz hava udmağa özümün də həvəsim
gəlir. Amma qışda saatın ki, zənginə gözümü açıram, bayır
zülmət, soyuq, külək – hamısı birdən yadıma düşür, həmin
dəqiqə yuxu o qədər şirin olur ki, daha yüz adam da yığıl-
sa, məni dünyanın hansı gözəl yalanıylasa aldada bilməz.
Uşaqlar yuxu azarımı bildiyindən hərdən saatın zəngini
eşitməzliyə vururlar. Gözləyirlər, heç olmasa, bircə dəfəsə
insafa gəlib onlardan qabaq mən duram, işığı yandıram,
çay qoyam, çayı dəmləyəm, hər şeyi hazır eləyəm – sonra
duralar. Bütün bu işləri görmək on dəqiqə vaxt aparır,
amma həmin on dəqiqəni isti yorğan-döşəkdə xumarlan-
maq nəyə desən dəyər. Həm də on dəqiqəyə adamın yu-
xusu da öz-özünə dağılır, stəkan-nəlbəkinin cingiltisini
eşidəndəsə, pürrəngi çay artıq yuxudan ləzzətli olur, göz
qırpımında hoppanıb durursan.

117
   112   113   114   115   116   117   118   119   120   121   122