Page 112 - "Yolüstü söhbət"
P. 112
Ən əvvəl son xəbərlərə göz gəzdirir. Hardasa bombalar
partlayır, evlər dağılır. Kişi başını qaldırıb yanında dayanmış
qırmızı xoruzun “mənəm-mənəm” deyən duruşuna baxır.
Heç inanmağı gəlmir ki, bu saat gəzmədiyi, görmədiyi tor-
paqlarda adamlar, “müharibədi” deyib bir-birini öldürür,
qan tökür.
Uşaqlar böyüyəndən “müharibə” sözü onu çox qorxudur.
İndi də qara-qura fikirlərdən yayınmaq üçün durub həyətdə
gəzişir.
Suyun şırıltısı onu bekar durmaq əziyyətindən qurtarır.
Rezin borunu krana keçirir, o biri ucu gündüzdən zoğal
ağacının dibindədi. Borunun düyününü aça-aça gedib zo-
ğala su ilə bərabər çatır. Su lap sısqa gəlir. Töküldüyü yer-
dəcə torpağa hopur. O, gözünü sudan çəkəmmir, tələsiyir,
zoğalın əvəzinə özünün səbri tükənir. Sudan ovuclayıb
zoğalın nazik gövdəsinə səpir, bir dəfə, iki dəfə: hə, di indi
sərinlədinmi? Bir az rahatlanıb yan-yörəsinə boylanır. Po-
midor uzandıqca uzanır, ancaq hələ çiçəyini tam tökməyib,
bir yandan da kökünü danadişi doğrayır. Danadişi torpağın
altındadı, işini gizlincə orda görür, bir də baxırsan ki, şitilin
quruca kölgəsi qalıb, əlini atırsan, əlində gəlir. Danadişini
yamanlaya-yamanlaya yaxınlaşıb pomidorun boşalmış
dayaqlarını bərkidir, əyilib yerə dəyməsin deyə kəndirlə
yüngülcə bağlayır. Əl-qolu yamyaşıl olub, köynək də batıb.
Gərək yaxın düşməyəydi, qarı deyinəcək. Həmişə pomi-
dorluq işini çimməmişdən qabaq görürdü, əynini dəyişib
nə lazımdı eləyirdi, sonra da yaxşıca çimirdi. Bunun yaşılı
mərət gedən şey deyil. Əlindən, qolundan zorla gedir, gəl
sən bunu paltardan apar. Zoğalsa kişinin halından xəbərsiz,
küncdə başını budaqlarının arasına soxub sevinə-sevinə
suyunu içir. Deyirsən, bu saat göz görə-görə meyvələri
112