Page 120 - "Yolüstü söhbət"
P. 120
Uşaqların necə sevindiyini təsəvvürümə gətirə-gətirə
şkafın gözünü qurdaladım, yemək hazırlamağa bir şey
yoxdu. Tor zənbili götürdüm, gedim bazara. Onsuz da ilıq
yaz havasında otaqda qalmağa səbrim çatmır.

Bazara aparan yol həmişəki kimi sakitlikdi. Ağaclar hələ
yarpaqlamadığından bir-birinə oxşayan taxta evlərin həyət-
bacası açıqda qalıb. Bazar uzaqda deyil, amma gözoxşayan
bir şey olmadığından yol adamı bezdirir. Ona görə bazar
adı gələndə qulağımızı tuturuq. Şəhərdə on bu qədər yolu
gedirsən, adam heç bezmir. Cürbəcür binalar, küçələrdə
ardı-arası kəsilməyən insan axını, qarşılaşdıqlarının geyimi,
yerişi, hərəkəti adamı əyləndirir.

Bu da bazar.
Yazınkı göy-göyərtidi, ye canına təpər gəlsin. Zənbili
göyərti ilə, kartof-soğanla doldurub bazardan çıxdım. Nə
qədər gəzmək istəsəm də, qoltuğu dolu otağa qayıtmaq
mənə lap ləzzətli görünür.
Qarşıdakı həyətdən qaça-qaça bir uşaq çıxdı, onun da
arxasınca bir qadın. Qadın daha uşağın arxasınca qaçmayıb
elə qapının ağzından onu səslədi:
– Arif, Arif, ədə, dayan, bura gəl görüm.
Uşaq bir ayağını qaçaraq qoyub bic-bic uzaqdan baxırdı.
Deyəsən, gəlməyə ürək eləmirdi.
Sonra çəkinə-çəkinə yaxınlaşıb qadının iki-üç addımlı-
ğında dayandı.
– O nə sözüydü ə, dedin, adam da anasına elə sözmü
deyər?
Uşaq nə sözüydüsə, onu birinci dəfə deyənə oxşamırdı.
Yəqin ki, bunun üstündə tənbeh olunduğu da birinci dəfə
deyildi. Öyrəşdiyi onun hər an gülməyə hazır olan dodaq-

120
   115   116   117   118   119   120   121   122   123   124   125