Page 102 - "Yolüstü söhbət"
P. 102
si titrəyə-titrəyə: “Niyə ki, olur, – dedi, – hər şey olur”.
Nərgizin səsində məzəmmət sezdi: “Elə bilirdim, acığın
tutacaq, məni danlayacaqsan, abrımı tökəcəksən”. Gərək
ehtiyatlı olaydı, içini dolduran sevinci tez-tələsik büruzə
verməyəydi. O, bu anı çox gözləmişdi, yuxularında, işdən
sonra qaldığı boş otaqda vurnuxa-vurnuxa bu anı, bir-
birlərini başa düşəcəkləri anı çox yaşamışdı. İndi hər şey
fikirləşdiyi kimiydi, özü dilə gəlmişdi, birinci özü ürəyini
açmışdı. Nərgiz hələ də gözlərini ondan çəkməmişdi;
utancaqlıqla, narahatlıqla azca qıyılmış qonur gözlər onun
nə deyəcəyini gözləyirdi. Yenə özünü saxladı, şübhədən
bir yolluq qurtulmaq üçün cavabında nə eşidəcəyini bilə-
bilə, bayaqdan beynində fırlatdığı sözü, axır ki, dilinə
gətirdi: “O, kimdi, mən onu tanıyırammı?”

Özümə heç belə yazığım gəlməmişdi, elə bil hamının qabağında
döymüşdülər məni, yaxşıca əzişdirmişdilər, alçaltmışdılar, gözümün
içinə demişdilər ki, mən heç nəyəm, heç nəyə dəymərəm. Başqa ad
eşidəndə, tezcə üzümü əllərimlə qapadım ki, necə pörtdüyümü, gözlərimin
yaşsız-filansız ağladığını görməsin. İntəhası, ola bilməzdi, danışığımdan,
sir-sifətimdən haldan-hala düşdüyümü, ürəyimdən nələr keçdiyini
duymamış olsun. Yəqin, indi onun da mənə yazığı gəlirdi, bəlkə, üstəlik,
acığı da tuturdu, fikirləşirdi ki, yaxşılıqdan, xeyirxahlıqdan, adamlıqdan
dəm vururdu, demə, hamısı hoqqaymış, ağlındakı tamam başqa şeymiş.
Ancaq bunda pis nə varıydı ki! İstəyirdim o, məni sevsin, lap Nərgiz
olmasın, kimsə məni sevsin, dünyadan, özümdən, adilikdən bezəndə,
darıxanda sığınmağa, üz tutmağa bir yerim olsun, yadıma salım ki,
kimsə bu saat məni arzulayır, məni görmək istəyir, bu saat hardasa,
kimsə məni düşünür, dünyada mən ona hamıdan əzizəm, doğmayam.
Axı bunda pis nə varıydı ki.

Sonra avtobus basabasında fikirləşdi ki, daha hər şey
qurtardı, daha telefon zəngi onu diksindirməyəcək,

102
   97   98   99   100   101   102   103   104   105   106   107