Page 100 - "Yolüstü söhbət"
P. 100
nim zəng eləməməyimdən inciyirsə, başa düşər ki, mən də onun
zəng eləməməyindən, məni yadına salmadığından inciyə bilərəm. Hələ
ağlıma lap dəli fikirlər gəlirdi, gözümün telefonda qaldığı bir yana,
qulağım ayaq səsi arayırdı; hər şıqqıltıya diksinirdim, həyəcandan
yerimdə oturammırdım. Ancaq özüm də bilirdim ki, əvvəlcə telefon
zəngi olmalıdı. Heç nəyə dəxli olmayan bir söz, bir pıçıltı, “neynirsən”,
“kefin necədi”, “o boyda binada tək qorxmursan ki” – mən hər şeyi
onun səsindən hiss eləyəcəkdim, heç olmasa, inanacaqdım ki, mən
yadındayam, onun üçün dünyada mən adlı bir adam var. Bax, ondan
sonra gəlişi mənim üçün möcüzə olmayacaqdı, hər şıqqıltıya diksindiyim
üçün ürəyimdə sonra özümə gülməyəcəkdim, onu görüş vermiş adam
arxayınçılığı ilə gözləyəcəkdim; mən səbrimdən asılacaqdım, qapıyla
pəncərənin arasında qalacaqdım, bilməyəcəkdim o içəri girəndə necə
oturum: oturummu, başımı əllərimin arasınamı alım, pəncərədənmi
baxım; bir də onu görəndə ilk-əvvəl nə deyəcəyimi kəsdirəmməyəcəkdim,
onun qara gözləri, baxışı, özü nəsə başqa cür olacaqdı, heç mən də
özümə oxşamayacaqdım, onu görəndə deyəcəyim söz də bu vaxta qədər
dediyim sözlərə oxşamayacaqdı: onda, Allah bilir, bəlkə heç sözə ehtiyac
da qalmayacaqdı.

Bir dəfə Nərgiz gözünə çox həyəcanlı dəydi. Ətrafında-
kıları görmürdü, eşitmirdi, fikri hardasa uzaqdaydı. Yavaşca
soruşdu, bəlkə evdə-eşikdə nəsə olub, kimsə xətrinə toxunub.
Soruşa-soruşa da başa düşürdü ki, heç kim xətrinə toxun-
mayıb, heç bir bədbəxt hadisə olmayıb, nə olursa, indi
olur, öz aləmində olur, çaşqınlıqdan çıxıb nəyisə birdəfəlik
qət eləməyə çalışır. Nərgizin narahat aləmində o adlı adam
yoxuydu – o, bunu qısqanclıqla, ağrıyla hiss elədi, elə bil
onu aldadıb atmışdılar, ona qarşı haqsızlıq eləmişdilər.
Ona görə ürəyi durmurdu, özünü necəsə yada salmaq, heç
olmasa, dindirib-danışdırmaqla, fikrindəkiləri bilməklə,
doğma adam kimi təsəlli tapmaq istəyirdi. Eyvanda ikilikdə

100
   95   96   97   98   99   100   101   102   103   104   105