Page 95 - "Yolüstü söhbət"
P. 95
YAXŞI OĞLAN
O nu üzünə tərifləyəndə, həmişə özü-özündən
xoflanırdı, içində bir etiraz qaynayırdı, elə bilirdi,
onu dolayırlar, başını aldadırlar, istəyirdi qarşısındakını
sancsın, necəsə incitsin, xətrinə dəysin. Bu hiss ona hələ
məktəbdə oxuyandan tanışıydı. Oğlanlar varıydı, işləri-
gücləri qızlara sataşmağıydı. Gündə birinə eşqnamə ox-
uyurdular, küçədə eşitdikləri şit-şit söhbətləri onlara da-
nışmaqdan ləzzət alırdılar. Belələrinə qızlar, həyasızdı, de-
yirdilər, pis oğlandı, deyirdilər. O isə qızların gözündə
yaxşı oğlanıydı, tərbiyəliydi, qanacaqlıydı. Ancaq orası va-
rıydı ki, elə oğlanlarla qızlarınki tuturdu, elələrinnən darıx-
mırdılar, “həyasızdı” deyə-deyə yenə gedib çənələrinin di-
bini kəsdirirdilər, üçü bir yerə yığışanda da söhbətləri on-
lardan olurdu. Belə görəndə, heç kimin yadına düşməyəndə,
hərdən-hərdən onun da ürəyindən pis oğlan olmaq keçirdi.
O vaxtdan xeyli sular axmışdı. Artıq ailəsi, uşağı varıydı,
saçını ordan-burdan ağartmışdı, müvəqqəti saya-saya iki
ildi nəşriyyatda korrektor işləyirdi və çoxu qız-gəlin çalışan,
müvəqqəti saya-saya isnişdiyi bu korrektura şöbəsində də,
görünür, onun xətrini istəyirdilər, yaxşı oğlan bilirdilər,
95