Page 97 - "Yolüstü söhbət"
P. 97
-birinin haqqında təzə bir şey öyrənirdilər. Əvvəl-əvvəl
onun öyrəndiyi üzdə olanlarıydı; bilirdi, Nərgiz üç ildi
Bakıdadı, kiçik qardaşınnan, telefonuna görə dözdüyü xəfə
bir otaqda kirayədə qalır, universitetdə axşam oxuyur,
hərdən verilişlər yazdığı radioya da qaçdığından, evə
çatanda xurt düşür, daha onun gəzməyi, kinosu, teatrı –
paltar yumaq, yemək bişirmək, ən yaxşı vaxtlarda da kitab,
jurnal olur. Sonra yağış yağırdı. Sonra soyuqlar düşürdü,
payız yarpaq-yarpaq ölürdü. Kiminsə işi çətinliyə düşürdü
– o da bilirdi ki, Nərgiz özgə dərdinə biganə deyil, xeyirxahlıq
görəndə kövrəlir, yaxşılıq eləyəndə utanır; bilirdi ki, Nərgiz
yol getməyi, yağışa baxmağı, yol gedə-gedə fikirləşməyi
xoşlayır; bilirdi ki, az qala, hər gün yuxular görür, intəhası,
nə qədər çalışsa da, gördüyü yuxunu səhərlər yadına sa-
lammır. Elə bil əlinə təzə kitab keçmişdi. Macal tapan kimi
istəyirdi götürüb oxusun, qəhrəmanın taleyindən xəbər
tutsun, haqqında daha nələrsə öyrənsin və daha çox şey
öyrəndikcə, maraq onu çəkib aparırdı, özü də unamadan
hadisələrin iştirakçısına çevrilirdi, onunla bir yerdə sevinirdi,
ağlayırdı, əzab çəkirdi. Günlərin bir günü isə gördü ki,
Nərgiz onun üçün yad adam deyil, Nərgizin həyatını,
yaşayışını gözüyumulu təsəvvür eləyə bilir, hətta yada
salammadığı yuxularından da xəbəri var; onu da hiss elədi
ki, irili-xırdalı qayğıların içində Nərgiz möhkəmcə darıxır,
özünə yer tapammır, nəsə istəyir, nəsə axtarır və nəsə ax-
tara-axtara, nəsə gözləyə-gözləyə bədbinləşir, ümidsizləşir,
həyatından bezikir. Bu hal ona tanışıydı, bir vaxt o da nə
üçün doğulduğu, yaşadığı barədə, həyat, ölüm, xoşbəxtlik
barədə baş sındırmışdı, hamıda təmizlik axtarmışdı,
tərsəməssəb suallarla özünü çox üzmüşdü. Onu da bilirdi
ki, bu hal müvəqqətidi, ötəridi, qızılca kimi bu “xəstəliyi”
97