Page 83 - "Yolüstü söhbət"
P. 83
Növbəti dayanacaqda uzunkirpikli ayağa durdu. Heç
kimə baxmadan şux yerişlə vaqondan çıxdı. Qızın arxasınca
bığlı oğlan da durdu. Qatar tərpəndi. Vaqon keçib-gedəndə
bığlı oğlanla qızı bu dəfə yanaşı addımlayan gördü. Gözdən
itirənə kimi baxışlarını onlardan çəkəmmədi. Və nədənsə,
onların bir yerdə addımladığına təəccüblənmədi.
İki dayanacaqdan sonra yaşıl yaylıqlı qız da düşdü.
O, heç yaşıl yaylıqlının arxasınca baxmadı da. Bir xeyli
key kimi vaqonun pəncərəsindən çölə baxdı. Gözünü qa-
çırıb içəri baxmağa ürək eləmirdi. Axır ki, çevrildi, həvəssiz-
həvəssiz bütün vaqonu gözdən keçirdi. Vaqonda bir dünya
adam varmış. Bu çoxluğu, bu çöhrələri indi görməsi ona
qəribə gəldi. Soyuq baxışlarını bir ara gözəl oğlanda saxladı.
Oğlan önündə oturmuş bir kişilə ləzzətlə laqqırtı vururdu.
İstədi durub başqa vaqona keçsin. Ancaq hər şeyi təzədən
başlamağa nə həvəs var idi, nə də vaxt. Qatar şəhərə çatırdı.
Bəs şəhərdə neyləyəsidi?
Fikirləşməyə həvəsi gəlmədi. Evdən çıxanda bu haqda
düşünməmişdi, indi də lazım bilmədi. Əvvəldən düşünməyin
nə mənası? Qatarı yolundan çıxartmayacaq ha. Qoy çatsın
sonuncu dayanacağa, ondan sonra fikirləşməyə vaxt çox
olacaq.
Hələ ki, qatar gedirdi...
83