Page 78 - "Yolüstü söhbət"
P. 78
İkisi də dünyanın ən təmiz cavanları kimi gülümsədi.
Bu baxışlarda daha hər şey var idi. Yaşanılmış günlərin gü-
nahsızlığından tutmuş, bir yerdə keçəcək günlərin gözəl
olacağına kimi!

Daha məsələ həll olundu. Demək ölüm – yox, olum! O,
gözünü çölə dikib üzünə qayğılı ifadə verdi. Axı “olmaq”
dımdım halvası deyil ha! Bəzi cavanların düşündüyü və
bəzi-bəzi romanlarda yazıldığı kimi təkcə öpüşmək, aylı
gecələrdə sevişmək deyil ha. Bunun pal-paltar dərdi var,
yemək-içmək dərdi var, uşaq ağlayan yuxusuz gecələri var.

Qız, deyəsən, onun qayğılarını başa düşmüşdü. Ona
görə hərdən utancaq-utancaq gülümsəyirdi. Və hər
gülümsədikcə çöhrəsi çirkinləşirdi. İndi elə bil sifəti lap
kiçilmişdi, gözləri xırdalaşmışdı, hətta burnu belə uzanmışdı.

Daha həvəsi gəlmədi qıza baxmağa, gözünü qaçırıb
yana baxdı. Və birdəncə bütün bədəni gizildədi. Uzunkirpikli
qız düz onun gözlərinə baxırdı. Baxışları toqquşanda elə
bil qızın baxışları onu geri itələdi. O nə qədər çalışsa da,
gözlərini qaçırammadı, qızın baxışları onu tutub saxlamışdı.
Beləcə baxışdılar. Axır o xoflandı ki, bəlkə qız heç ona
baxmır, bəlkə fikrə gedib, ya onun arxasında kimsə oturub,
– ona baxır? Yavaşca arxaya qanrıldı, baxılası elə bir adam
yox idi. Təzədən qıza sarı döndü. Qız elə bil bu baxışları
gözləyirdi. Şirincə gülümsəyib, yenə kitab oxumağa başladı.

O, hiss elədi ki, uçur. Get-gedə dünyadan uzaqlaşır.
Uzaqlaşdıqca da xırda-xırım şeylər əriyib gedir. Hətta ba-
yaqkı “olmaq” da eyninə gəlmir, yadına düşmür. Demək,
bayaq uçmurmuş, bayaq yaşıl yaylıqlıya baxanda uçmurmuş.
Sürünməklə uçmağı qarışdırıbmış.

78
   73   74   75   76   77   78   79   80   81   82   83