Page 81 - "Yolüstü söhbət"
P. 81
Amma bir ara dözmədi, baxışlarını çöldən oğurlayıb,
altdan-altdan qızlara baxdı. Və duruxub qaldı. Qızların
heç biri ona baxmırdı... Nə oldu görən, bunlara, birdəncə,
özü də belə tez onu unutdular? Belə də şey olar?! Sonra o,
hiss elədi ki, qızların ikisi də eyni yerə baxır. Baxdıqları da
nə daşdı, nə torpaq. Belə çiçəklənmiş baxışlar ancaq kişiyə
dikilə bilərdi. O, bu baxışların səmtini, süzülüb getdiyi
yeri öyrənmək üçün çönüb arxaya baxdı. İki-üç skamya
arxada gözəl bir oğlan oturmuşdu.
Bum, bum... Demək, hal-qəziyyə beləymiş. Onu soyuq
tər basdı. Elə bil kimsə onu aldatmışdı: söz vermişdi, and
içmişdi və birdəncə aldatmışdı.
O, yerində bənd alammırdı. Növbəti dayanacaqların
birində düşməkdən özünü zorla saxlayırdı. Qızlarınsa
ondan xəbəri yoxuydu. Gözləri elə bil baxdıqları yerdən
su içirdi: iriləşirdilər, şirinləşirdilər, gözəlləşirdilər. Amma
yaşıl yaylıqlının gözündə bir az kədər də var idi: gözləri
böyüdükcə bu kədər də böyüyürdü. Yaşıl yaylıqlı, deyəsən,
belə bir gözəl oğlanın ona fikir verəcəyinə çox da inanmırdı.
Hə, demək belə-belə işlər. Sağ olun, çox sağ olun! Bu
onun adamlığı; istəmədi heç hansının ürəyinə toxunsun,
xətrinə dəysin, ancaq onların vecinə də gəlmədi. Nə olar,
sağ olsunlar... Özünü sakitləşdirməyə çalışdı. Bunun üçün
əvvəl dünyanı söydü, dünyadakı adamları söydü, bu adam-
lardan ikisini lap canı-dildən söydü. Bundan kar aşmadı.
Özünü çəkib qoydu dağın başına, başladı dünyaya naz
eləməyə, dünyaya yuxarıdan aşağı baxmağa, sonra dünyanın
adamlarına yuxarıdan aşağı baxdı, bu adamların ikisinə
lap yuxarıdan aşağı baxdı. Amma yenə ürəyi toxtamadı.
Oğlanın öz kamerasını kimə tuşladığını görmək üçün tam-
bura çıxıb siqaret yandırdı.
81