Page 76 - "Yolüstü söhbət"
P. 76
Bilet alandan sonra gözəl bir qadın çöhrəsi görmək hə-
vəsilə bir xeyli perronda gəzişdi. Amma bazar günü oldu-
ğundan seyrəklik idi: üç kişidən və qarıdan başqa heç kim
yoxuydu.
Elektrik qatarında da seyrəklik idi. O əvvəl girdiyi
vaqonda dayanmadı, oturmaq üçün yaxşı yer gəzə-gəzə
başqa vaqona keçdi. Bu da xoşuna gəlmədi. Qatarın burnuna
tərəf bir vaqon da keçdi. Vaqonda iki qız, bir də qoca
kişiydi. Qızların arxası ona tərəf olduğundan üzləri görün-
mürdü. Deyəsən, burdan yaxşı yer tapmayacaqdı. İrəli
gedib qızlarnan üzbəüz oturdu. Burda qızlara görə
oturduğunu sezdirməmək üçün ayağını ayağının üstünə
aşırıb, çölə baxmağa başladı.
Çöldə baxılası bir şey yox idi. Düzənlik, evlər... evlər,
düzənlik... O, başını asta-asta çevirdi və guya ki, üç-dörd
skamya aralı oturmuş yaşıl yaylıqlı qızı indicə gördü: göz-
ləri heyrətlə açıldı. Ancaq o saat da gözləri kiçildi, adiləşdi,
şirinliyini itirdi. Çünki qız ona baxmırdı və bayaqdan onun
bu görüş üçün hazırladığı, şirinləşdirdiyi baxışlar boşa
çıxmışdı.
Qızın çöhrəsi adiydi: hər şey yerli-yerindəydi, nə artığıydı,
nə əskik. Ona görə də çox baxmaq olmurdu, baxışlar çöh-
rəsindən sürüşürdü.
O, gözlərini çəkib bu dəfə o biri qıza baxdı. Və elə bil
birdən üzünə meh dəydi. Ləzzətdən gözləri torlandı, bədəni
heysizləşdi.
Qız kitab oxuyurdu. Hərdən şirin-şirin gülümsəyirdi,
gülümsədikcə uzun kirpikləri titrəyirdi.
Qurban olum sənə, doğrudanmı, bu da bizim kimi çörək
yeyir, çay içir, doğrudanmı? Heç elə şeymi olar, ay Allah,
heç elə də insafsızlıqmı olar... Gör necə də sakitcə oxuyur.
76