Page 71 - "Yolüstü söhbət"
P. 71
– A bala, bunu bir xırdalayın, – dedi.
Heç kim ona cavab vermədi. Arvadın da, deyəsən, heç
xırdalamaq fikri yoxdu, daha sözünü təkrar eləməyib
qapıdan çıxdı...
Kişi diqqətlə oğlana baxırdı, sözlər yarıaçılmış dodağında
titrəyirdi. Kişi elə bil bu sözlərin ağzından çıxmasını
istəmirdi. Amma bacarmadı:
– De görüm, indiyə kimi nə alıbsan evinizə, ya atana,
anana? Barmağını qatda, de, filan şeyi. Nolar hə, bir dəfə
gələndə atana köynək alasan, ya anana şal alasan, ya
götürüb onları, nə bilim, kurorta aparasan, aparıb haranısa
gəzdirəsən. Oğlusan da, yad-zad döyülsən ha. Oğul payı
başqa şeydi axı. Onlar da baxıb sevinə, ürəkləri dağa dönə.
Nə olar, hə? Dünya dağılar?!
Kişi boş yerə sözləri udmaq istəmirmiş. Oğlan söyüş
söyməkdən özünü zorla saxlayırdı. O, çox vaxt bu barədə
fikirləşmişdi, arzulamışdı, ancaq indi başqasından bu
töhməti eşitməsi onun həmin gizli istəyini, arzusunu üzə
çıxarmışdı, bayağılaşdırmışdı, bunların bəlkə də nə vaxtsa
baş tutacağına olan ümidini öldürmüşdü...
Arvad pulu sürücüyə uzatdı. Bayaq ovcunda tutduğu
həmin xırda pullar idi. Sürücü acıqlı-acıqlı nəsə deyib
arvadın əlinin altdan vurdu. Pullar yola səpələndi.
Oğlan dinməzcə yola baxırdı. Avtobus getmişdi, arvad
yola səpələnmiş pulları axtarırdı. Şütüyüb keçən maşınlar
ona çatanda yavaşıyıb siqnal verirdi.
Ortaya çökmüş sükut kişinin dilini-ağzını bağlamışdı.
Oğlan bəlkə də pis-yaxşı bir söz desəydi, o, heç bir belə
tutulmazdı. Elə bu dinməzliyin özü bayaq dediyi sözlərin
ağırlığını ona hiss elətdirirdi.
Oğlanın kefini açmaq üçün bir şey fikirləşib tapammadı.
71