Page 67 - "Yolüstü söhbət"
P. 67
İçəri bürkü idi. Həm də ət, soğan qoxuyurdu. Stolların
üstündə milçəklər vızıldaşırdı. Yan tərəfdə iki çalğıçı otur-
muşdu. Pul verən olmadığından hələ çalıb-oxumurdular.
Qulluq eləyən yox idi. Özləri durub pivə, göyərti, bir də
xiyar gətirdilər. Pivə də, xiyar da soyuq idi, o qədər soyuq
idi ki, dadını-tamını bilmək olmurdu.
Tarın səsi gəldi. Deyəsən, kimsə sifariş eləmişdi. Cavan,
dolusifətli oğlan qavalı çənəsinə yaxın tutub pəsdən oxudu:
Evləri var, xana-xana,
Mən kül oldum, a balam, yana-yana...
Oxuyan erməni idi, azərbaycanca pis oxumurdu.
Oğlanı qayğısızlıq bürümüşdü. Həmişə yoldan qabaq
kefi olmurdu. İndi isə soyuq pivədən içib xiyardan yeyə-
yeyə, mahnıya qulaq asa-asa hiss eləyirdi ki, kefi yavaş-
yavaş düzəlir.
Kişi də mahnıya qulaq asırdı. Pivə dolu stəkanı əlində
tutub fikrə getmişdi.
Kişi qəşəng idi. Doğrudan da qəşəng idi, hətta oğlan
buna heyrətləndi də. Necə olub axı, indiyə qədər sezməyib?
Yenə diqqətlə baxdı: qaraşın sifət, nazik bığ, altı tuluqlanmış
yorğun gözlər. Elə bil bunların hamısını bir yerdə heç vaxt
görməmişdi. Başqa yaxşı tanıdığı adamları da gözünün
qabağına gətirmək istədi. Bacarmadı. Özünə gülməyi tutdu.
Əgər birdən soruşsalar, ya özü istəsə, o saat deyə bilməz
anasının burnu necədi, gözləri necədi, qaşı, çöhrəsi... Atasını,
qardaşlarını da eləcə. Ancaq o saat bircə sözü deyə bilər:
qəşəngdi...
Döngədə avtobus dayandı.Amma İcevan tərəfə gedirdi.
Kişinin gözü hələ də yol çəkirdi. Oğlan ona sataşmaq
üçün söz axtardı:
67