Page 64 - "Yolüstü söhbət"
P. 64
dıqca ürəyi çırpınırdı, əl-ayağı soyuyurdu. Birdən istədi
ki, ərini də çağırsın. Bəlkə o da çoxdandı durna köçü
görmür, durna səsi eşitmir. Bəlkə heç ömründə görməyib...

Arvadının səsinə kişi çölə bir az gec çıxdı. Baxıb qadını
görmədi. Bir-iki ağız çağırdı. Gözləməyə həvəsi gəlməyib
evə keçdi. Amma evdə də durmağa hövsələsi çatmadı. Nə-
sə özünü birdən narahat hiss elədi. Yenə eyvana çıxıb
qadını səslədi. Cavab almayıb həyətə düşdü, bağa baxdı
və ancaq bu vaxt durna qaqqıltısını o da eşitdi.

Durna qatarı ağır-ağır uzaqlaşırdı.
Göy də, ulduzlar da, ulduzlu səmanın altda ağır-ağır
uzaqlaşıb itən durna qatarı da yerdən gözəl görünürdü.
Və bəlkə ordan, o ulduzlu səmanın altından, o durna
qatarının yanından yer də, işığını çölə sərmiş bu ev də
eləcə gözəl görünürdü...

64
   59   60   61   62   63   64   65   66   67   68   69