Page 69 - "Yolüstü söhbət"
P. 69
– Sən öl, durub gedərdim sənnən!
Bu sözlər o qədər yanğıyla deyilmişdi ki, oğlan özünü
saxlamayıb uğundu.
Oğlanın uğunduğunu görəndə, kişi birdən duruxdu,
sifəti kölgələndi.
Avtobusdan yaşlı bir arvad düşmüşdü. Bazardan qayıdana
oxşayırdı.Torbasını yolun qırağına qoyub sürücüyə vermək
üçün düyünçəsindən pul çıxarırdı. Axır ki, sayıb yol tərəfdən
sürücüyə uzatdı...
Kişi pərtliyini gizlətmək üçün:
– Zarafat o yana, – dedi, – doğrudan da gələcəm. Sənin
işindən ötrü.
Oğlan kişinin pərtliyini sezmirmiş kimi yenə əvvəlki
söhbətə qayıtmağa çalışdı:
– Nə zarafat e, sən bircə gəlməyində ol.
– Yox, hər şey öz yerində, amma əsas sənin işindi.
İndi də oğlan başa düşdü ki, kişi sözü hara hərləyib
gətirir. Bu barədə aralarında söhbət olmuşdu və yoldan
qabaq bir də bu söhbətə qayıtmaq oğlanı heç açmırdı.
Amma bu saat kişinin ipinin üstünə odun yığmaq olmazdı.
– Əşi, təki gəl, sonrasını özün bilərsən.
– Mənnən “əşşiynən” danışma. – Kişinin kefi əməlli-
başlı pozulmuşdu. – Burda “yaxşı-yaxşı” deyirsən, ora ge-
dəndə öz bildiyini tutursan. Getdim, danışdım, hörmətini
elədim, iş düzəltdim, Allah ağlını aldı.
Oğlan bir ara istədi ki, söhbəti zarafata salsın, ancaq ki-
şinin lap özündən çıxacağından qorxub dillənmədi.
– Sən pul almırsan, müdirin hardan bilsin? Dispetçer
balaca vəzifə deyil axı, əlinin altda nə qədər maşın, elə bilir
alırsan, ona vermirsən. Odu ha, dalından dəydi.
69