Page 72 - "Yolüstü söhbət"
P. 72
a içməyə həvəsi olmasa da, nəsə etmək xatirinə götürüb
axırıncı şüşəni də stəkanlara boşaltdı.
Oğlanın gözü ona sataşanda duruxdu. Acığı birdən
soyudu, kişiyə yazığı gəldi. Amma o da axtarıb bir xoş söz
tapammadı:
– Yaxşı yadıma düşdü, – dedi, – sən bir de görüm e, mə-
ni işə düzəldəndə nə ürəknən pul verdin, qorxmadın ki,
birdən götürməz, söyüb biabır eləyər səni?
Pul haqq-hesabı bir il əvvəl olmuşdu. Amma indiyə
kimi də oğlana çox maraqlı gəlirdi ki, görən tanımadığı,
birinci dəfə gördüyü adama kişi pulu necə verib, hardan
bilib ki, o, pul alandı? Hərdən fikirləşirdi, bir bu haqda
kişidən soruşsun, həmişə də unudurdu. İndi qəfilcə yadına
düşdü, marağını gizlədəmmədi.
Bu qəfil sual kişini çaşdırdı. Əvvəl oğlanın ciddi danışıb-
danışmadığını kəsdirəmmədi. Başa düşəndə ki, oğlan çox
ciddi soruşur, od götürdü onu:
– Nə axmaq söz danışırsan sən. Nəyi axı götürməz? –
Əlini cibinə atdı. – Ayə, mən sənə pul verim, götürməzsən?
Yox e, götürməzsən? Pul e!
Kişinin əlində tutduğu pulları görəndə oğlan qorxdu,
birdən öz-özündən şübhələndi: doğrudan da, götürərmi
görən?
Kişi hələ də cavab gözləyirdi:
– Yox e, götürməzsən?
Oğlan handan-hana gözünü pullardan çəkdi.
– Düz deyirsən... – dedi, – sən də düzsən, bu çalğıçılar
da düzdü, bayaqkı şofer də, o arvad da.
Kişi onu başa düşmədi, əlini yellədi:
– Əşi, özün bilərsən!
Maşın təkərinin tükürpədən qıcırtısı eşidildi, kiminsə
qışqırtısı bu səsi batırdı. Xoşbəxtlikdən sürücü maşını
72