Page 74 - "Yolüstü söhbət"
P. 74
QATAR

D ünən soyunub yerinə girəndə fikirləşmişdi ki,
səhər heç hara getməyəcək. Yaxşıca dincələcək,
canının ağrısı çıxana kimi yatacaq. Sonra da Allaha təvəkkül,
yəqin evdə görməyə bir iş tapılar.
Bunu dünən fikirləşmişdi. Bayırda möhkəmcə külək
əsirdi. Bir dünya zülmət küləyin əlindən it kimi zingildəyirdi.
O isə soyuqdan büzüşüb yerini qızdıra-qızdıra sevinirdi
ki, şükür, yatmağa rahat bir yeri var.
Yatmağa həmişə yeri olmuşdu. Amma bu mənzilin,
doqquzmərtəbəli binada yerləşən birotaqlı mənzilin qiyməti
qapısına onun ad-familiyasının yazılmasındaydı. Bu ad-
familiya onun üçün sehirli yazıya dönmüşdü. İşdən-gücdən
necə yorğun-arğın gəlir-gəlsin, yazını görən kimi, ürəyində
nəsə bir yüngüllük hiss eləyirdi. Çünki bir vaxt, hələ
kənddə yaşayanda, küçədə aşıq-aşıq oynayanda heç ağlına
da gəlməzdi ki, necə deyərlər, adını eşidib üzünü görmədiyi
Bakı şəhərində özünün evi olacaq. Ona görə qapının üstündə
öz familiyasını oxuyanda həyatın qəribəliyini lap aşkar
hiss eləyirdi və inanırdı ki, bax indi heç ağlına gətirə bil-
mədiyi, ya da hərdən salamsız-kəlamsız ötəri fikrindən
keçən bəzi şeylər, doğrudan da, nə zamansa ola bilər.

74
   69   70   71   72   73   74   75   76   77   78   79