Page 75 - "Yolüstü söhbət"
P. 75
Amma səhər yuxudan lap tez durdu. Birdəncə gözləri
açıldı və ona elə gəldi ki, istədiyindən də çox yatıb. Çünki
yuxudan doymuşdu, dünənki yorğunluğu isə gecə kimi
əriyib getmişdi.
Yan tərəfə, narıncı oboy çəkilmiş divara gün işığı düş-
müşdü. İşıq zolağı çox parlaq idi, elə bil gün işığını bulanlıq
su kimi süzgəcdən keçirib təmizləmişdilər.
Axırıncı dəfə haçan belə ilıq, belə parlaq gün işığı gör-
düyü yadına gəlmirdi. Birdən-birə uşaq kimi qayğısız ol-
muşdu. Dünyada nə üçdə alacağı varıydı, nə beşdə verəcəyi:
bircə gün işığı varıydı ki, bu saat onun arxasına düşüb se-
vinə-sevinə hara desən getmək olardı.
İşığa baxa-baxa başa düşdü ki, dünən fikirləşdiyi kimi
qaxılıb evdə oturammayacaq. Heç cürə oturammayacaq,
dostlarnan görüşdən də qaçacaq. Başqa bir dərdi-azarı ol-
madan fikrinin bu cür dəyişməsi hətta onu sevindirdi. Atı-
lıb çarpayıdan durdu. Əl-qolunu oynadıb iki-üç dəfə əyilib-
qalxandan sonra qurşaqdan yuxarı soyuq suyla yaxşıca
yuyundu, çay içib evdən çıxdı.
Qışın oğlan çağında elə bil qəfilcə yaz gəlmişdi. Günəş
bircə gecədə hər şeyi gözəlləşdirmişdi: insanından tutmuş
ağacına kimi hər şeyi. Bakıda onsuz da qar bütün qış boyu
iki-üç dəfə yağaydı, ya da yağmayaydı. Amma indi Bakının
daimi sakini – külək də yoxuydu. Şairlərin deyinə-deyinə
əlindən qaçıb isti otaqda mürəbbəli çay içə-içə şəninə şer
yazdıqları Bakı küləyi...
O, elektrik qatarının dayanacağına sarı gedirdi və ilk
dəfəydi nə üçün, hara gedəcəyini bilmədən yola çıxmağın
ləzzətini hiss eləyirdi. Gözünə dəyən hər şey ona təzə,
səhər-səhər divara düşmüş gün işığı kimi təmiz və qayğısız
görünürdü.
75