Page 70 - "Yolüstü söhbət"
P. 70
Kişi hirslənməyinə, onsuz da hirslənmişdi. Daha susmağın
yeri yoxdu. Ona görə də oğlan dilinə gələnləri saxlamadı:
– Cəhənnəmə dəydi, nağayrım, mən bacarmıram, məndə
o üz yoxdu, Allah məni də belə qarğıyıb.
Yeməkxanada hərə öz işində idi. Çörəyini yeyən yeyirdi,
içirdi, söhbətini eləyirdi. Çalıb-oxuyanlara fikir verən yoxdu,
elə bil hardasa radionu qurmuşdular, özü üçün oxuyurdu.
Bayaqkı avtobus hələ də yolun qırağında dayanmışdı.
Sürücü arvadla çənə-boğaz eləyirdi. Yəqin ki, pul haqq-he-
sabı idi. Bir az çənə-boğazdan sonra arvad yolu keçib ye-
məkxanaya tərəf gəldi. Maşın gözləyirdi...
Kişi toxtamışdı. Elə bil fikri oğlanı özündən çıxarmağıymış.
– Xahiş elədin, yoldaşından ötrü də ağız açdım. Deyirsən,
indi yaxşıca işləyir, irəli çəkiblər...
Oğlan acıqla onun sözünü kəsdi:
– Qələt elədim dedim.
Kişinin dodağı səyridi:
– Üzümə elə baxma. Mən onun haqda pis bir söz demi-
rəm ha. Deyirəm, yəni sən də ağlını başına yığ.
– Nə olub e mənə, yaxşıca dolanıram, maaşım da boğa-
zacan bəsimdi.
– İndi bəsdi, bə sabah? Adam gərək burnunun ucundan
bir az o yana baxa, tək özünü fikirləşməyə.
– Kimi fikirləşəcəm? Evlənmişəm, uşağım yoxdu...
– Bə evdəkilər?
– Evdəkilərə canımın sağlığı bəsdi. Şükür, yaxşı da dola-
nırlar, beş mənim kimisini saxlayarlar.
Arvad burnunun altda mızıldana-mızıldana yeməkxanaya
girdi. Əlində xırda pullar tutmuşdu, bir dənə də beşlik. Ət-
rafına baxıb:
70