Page 68 - "Yolüstü söhbət"
P. 68
– Köç-külfət basdı – dedi, – səni, qocaldın.
Kişi fikirli-fikirli gülümsədi:
– Hə.., qocaldım, özü də yaman qocaldım.
– Gəl bir Gəncəyə, cavannaşdırım səni. Gəzək, kef eliyək.
Kişi başa düşdü ki, oğlan sözü nəyə gətirir.
– Nisyə söhbətdi, indi belə deyirsən, ora gələndə gözün
tutulur.
– Hardan bilirsən?
– Onda gəlmişdim də, gördüm kəramətini.
– Onda mən təzə idim, amma indi boyun oluram, sən
bircə gəlməkdə ol, qalanınnan işin yoxdu.
Bu, doğrudan da nisyə söhbət idi. Kef eləyə biləcəkdilər,
bilməyəcəkdilər, Allah bilirdi. Ancaq indi yeməkxana bür-
küsündə, mətbəx qoxusunda, kişi məclisində qadınlar
barədə danışmaq, bir aydı uzaq düşdüyü şəhəri xatırlamaq
oğlana xoş gəlirdi. Həm də oğlan bilirdi ki, belə işlərdə ba-
carıqsız olduğuna görə qadın söhbəti kişinin ən kövrək
yeridi: bu barədə danışmağı, ya da qulaq asmağı xoşlayır.
Və ona bir isti söz demək, kefini açmaq üçün indi oğlanın
bacardığı, fikirləşib tapdığı ancaq bu idi.
Söhbət kişini həvəsləndirmişdi, amma öz yaralı yerini
özü də yaxşı bildiyindən, bunu başqasının biləcəyindən,
gülünc vəziyyətə düşəcəyindən həmişə qorxurdu.
– İnanaram ha...
Kişinin ehtiyatlanmağı oğlana ləzzət elədi.
– Mən sənə söz deyirəm, gəl, gör. Özü də sənin istəyincə
olacaq: nə cürəsini desən...
Elə bil qızları bu saatca düzmüşdün sıraya: cavan,
gözəl, əndamlı, hamısının da gözləri gülür, bu deyir məni
götür, o deyir məni, bircə barmağını hansınasa uzatmaq
qalır, sonra da...
68